Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.
Xalq-ın məlumatına görə, şikayətçi Tural Qoca “Xəzər TV”yə müraciətində bildirib ki, “TikTok”da özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.
T.Qocanın sözlərinə görə, N.Həsənov onun dişini heç bir cərrahi əməliyyat olmadan, ağrısız şəkildə çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.
Zərərçəkmiş ona 500 manatdan çox ziyan dəydiyini və ölümdən döndüyünü həmçinin Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.
İddialarla bağlı sözügedən stomatoloqla əlaqə saxladıqda isə, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib. Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.
Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin “qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.(Xalq.online)
Daha ətraflı videomaterialda:
Kainat.tv
Stomatoloq Nicat Həsənova görə öl*mdən döndüm-Şikayət
30
sentyabr
13:01
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI