Azərbaycanda milyonlarla manatlıq daşınmaz əmlak uğrunda gedən hüquqi çəkişmədə qalmaqallı məqamlar ortaya çıxıb.
“Haqqın.az” saytı yazır ki, rusiyalı milyarder Fərhad Əhmədovun sifarişi ilə həyata keçirilən tikinti layihəsi ətrafında yaranan mübahisə artıq siyasi dairələrin də diqqətini çəkib.
Fərhad Əhmədova məxsus “Baku Caspian Real İsteyts Limited” (BKRIL) şirkəti 2020-ci ildə “Armadil Group” MMC ilə müqavilə bağlayaraq, Bilgəh qəsəbəsindəki onun şəxsi rezidensiyasında Avropa istehsalı olan materiallarla dam örtüyü və İtaliya istehsalı olan sürüşən terrasın quraşdırılmasını sifariş etmişdi. Lakin şirkətin faktiki rəhbəri Fəxrəddin Bağırov layihəni keyfiyyətsiz yerinə yetirməklə, ciddi narazılığa səbəb olub.
4 milyonluq zərər iddiası
Əhmədovun sifarişi ilə aparılan ekspertiza nəticəsində məlum olub ki, “Armadil Group” öz öhdəliklərini yerinə yetirməyib və nəticədə BKRIL-ə 4 milyon manatdan çox zərər dəyib. Bakı Kommersiya Məhkəməsi iddianı əsaslı sayaraq, “Armadil Group”un BKRIL-ə 862.443 ABŞ dolları məbləğində təzminat ödəməsinə qərar verib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək, əks iddianı təmin edib və “Armadil Group”un xeyrinə 2.913.080 ABŞ dolları məbləğində qərar çıxarıb. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.
İcra prosesində qalmaqal
Qərarın icrası mərhələsində isə mübahisəli hadisələr yaşanıb. Səbail rayon İcra şöbəsi tərəfindən BKRIL-ə məxsus bütün əmlaklara həbs qoyulub. Ən mübahisəli məqam isə, İçərişəhərdə yerləşən tarixi bir binanın dəyərinin süni şəkildə azaldılaraq, “Armadil Group”un rəhbərinə verilməsinə çalışılmasıdır.
VETO Consulting - kimə xidmət edir?
Mübahisəli qiymətləndirməni aparan “VETO Consulting” MMC-nin adı bu prosesdə tez-tez hallanır. Bildirilir ki, şirkət tarixi binanı real dəyəri olan 20 milyon manatdan çox yox, cəmi 2,5 milyon manata qiymətləndirərək, bu əmlakın müsadirəsinə şərait yaradıb.
Əhmədovun nümayəndələri iddia edirlər ki, “VETO Consulting” şirkəti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə əlaqəlidir.
Siyasi motivlər iddiası
Fərhad Əhmədovun nümayəndələri bu hadisənin artıq təkcə hüquqi müstəvidə deyil, eyni zamanda siyasi motivlərlə müşayiət olunduğunu bildirirlər. Onların sözlərinə görə, məsələ təkcə biznes davası deyil, ölkədəki müəyyən dairələrin şəxsi maraqlarının təmin edilməsi cəhdidir…
Hazırda Əhmədovun şirkəti Səbail rayon İcra Şöbəsinin hərəkətlərindən məhkəməyə şikayət edib. İş məhkəmə baxımındadır.(“Haqqın.az”)
Kainat.tv
Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
26
sentyabr
19:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
"Daxilimdə bir səs mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin dəhşətli etirafları (FOTOLAR)
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI