İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) rəhbərliyinə ödənişlər məlum olub.
İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyinə ödənişlər 2022-ci ildə 209,5 min manat, 2023-cü ildə isə 230,3 min manat təşkil edib.
Beləliklə, rəhbərliyə ödənişlər bir il ərzində təxminən 10% artıb. Rəhbərliyə ödənişlər yalnız əmək haqqı və əmək haqqına bərabər tutulan vəsaitlərdən ibarət olub.
Maraqlıdır ki, Fond əvvəlki rəsmi sənədlərdə rəhbərliyə ödənişləri açıqlasa da, 2024-cü il üzrə rəqəmləri gizlədib və sadəcə ümumi sözlərlə kifayətlənib.
Bununla belə, əvvəlki illərin dinamikası və inflyasiya nəzərə alınaraq rəhbərliyə ödənişlərin təxminən 250 min manata yüksəldiyi ehtimal edilir.
Fondun İdarə Heyəti sədr Fəxri Xanhüseyn oğlu Kazımov və sədr müavini Ramil Şakir oğlu Tahirovdan ibarətdir. Başqa sözlə, sözügedən vəsait iki nəfərə ödənilib. Beynəlxalq və yerli təcrübəyə əsasən sədr və sədr müavini üzrə ödəniş nisbəti vəzifə bölgüsünə uyğun olaraq 1,2:1 nisbətində hesablanır. Bu isə o deməkdir ki, F.Kazımov ötən il orta hesabla 135–140 min manat, R.Tahirov isə 110–115 min manat illik gəlir əldə edib.
Qeyd edək ki, 2023-cü il üzrə bu rəqəm müvafiq olaraq 125-130 min və 100 min manat təşkil edib.
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu Prezidentin 2017-ci il fərmanı ilə Azərbaycan İpoteka Fondu və Kredit Zəmanət Fondunun birləşdirilməsi əsasında yaradılıb. Fondun əsas məqsədi ipoteka kreditlərinin verilməsini, kirayə mənzil mexanizmini və sahibkarlığa verilən kreditlər üzrə zəmanət sistemini dəstəkləməkdir. /"Valyuta.az"
Kainat.tv
İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDUNUN RƏHBƏRİ NƏ QƏDƏR QAZANIR? - Rəqəmlər
26
sentyabr
18:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Əhalinin NƏZƏRİNƏ! Bu il də inflyasiya yüksək olacaq, devalvasiya isə...
“Bank Respublika“ batır? – Vətəndaşların bankdakı pulları yox olur, hesabatlar gizlədilir…/DETALLAR
Sosial müavinətlər artırıldı - Fərman
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI