"Son günlərdə ölkənin bir çox media subyektlərində xoşagəlməz halların müşahidə olunması ciddi narahatlıq doğurur. Belə ki, hansısa media qurumu hər hansı bir neqativ hadisə ilə bağlı araşdırma apararaq faktlara əsaslanan məlumat dərc edir. Lakin məlumat yayılandan dərhal sonra, xüsusilə sosial şəbəkələrdə müəyyən qədər izləyicisi olan bəzi səhifə adminləri hərəkətə keçir".
Bakunews.az xəbər verir ki, bu fikirləri Patrulaz.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev bildirib. O, qeyd edib ki, haqqında xəbər yayılan şəxs, qurum və ya şirkət həmin səhifələrlə əlaqə saxlayaraq ödəniş qarşılığında öz qərəzli mövqeyini yaymağa çalışır:
"Əslində isə əgər barəsində xəbər gedən tərəf həqiqətən haqlıdırsa, niyə birbaşa həmin araşdırmanı aparan media qurumuna rəsmi açıqlama təqdim etmir? Cavab sadədir: çünki araşdırmanı aparan media qurumunda həmin məsələ ilə bağlı kifayət qədər dəlil və sübut olur. Verdikləri yalan açıqlama faktlar qarşısında dayana bilməyəcək, nəticədə cəmiyyətin gözündə ifşa olunacaqlar.
Buradan sözüm belə “dırnaq arası jurnalistlərə” və sosial mediada müəyyən qədər izləyicisi olan adminlərədir: özünüzə hörmət etmirsinizsə, heç olmasa bu millətə hörmət edin. Unutmayın ki, siz və sizin ailə üzvləriniz də bu millətin bir parçasısınız. Aldığınız hər bir ödəniş, yazdığınız hər bir sifarişli açıqlama təkcə medianın yox, bütövlükdə cəmiyyətin etibarına zərbə vurur" - deyə S.Niftəliyev qeyd edib.
Kainat.tv
"Mətbuatın etibarını satmayın" - Səməndər Niftəliyev
25
sentyabr
15:18
Qarabağ
OXŞAR XƏBƏRLƏR
VƏTƏN FƏDAİLƏRİNİN İŞIQLI YOLÇUSU: MANYA SƏXAVƏTQIZININ DOĞUM GÜNÜ
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Fazil Məmmədov dedi ki, Nəcməddin Sadıkovun adamına əvvəl 10 milyon, sonra 13 milyon, daha sonra isə…
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI