Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi şəhərin parklarında, küçə və səkilərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “M-House Construction” MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 403 199,68 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “M-House Construction” MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Açıq mənbələrdə nə “M-House Construction” MMC, nə də Əhliman Yunisov haqqında məlumat var. Şirkətin veb səhifəsinə və əlaqə nömrələrinə də rast gəlinmir.
Araşdırmalrımız zamanı məlum olub ki, “M-House Construction” MMC-nin hazırda 7 154,27 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakı qadağandır.
“M-House Construction” MMC 4 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, artıq “tender kralı” kimi tanınır. Şirkət təkcə 2024-2025-ci illərdə dövlət satınalmaları yolu ilə 7 milyon manata yaxın sifariş alıb.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ötən il də Lerik şəhərinin parklarında, küçə və səkilərində yerinə yetiriləcək abadlıq, təmir və bərpa işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 398 144,86 manat olub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir. Əkbər Abbasovun Lerik şəhəri üzrə namyəndəsi isə Ramal Məstiyevdir.
Kainat.tv
Lerikdə 400 minlik təmir – Layihəni vergi borcu olan şirkət icra edəcək
25
sentyabr
10:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI