“Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya qovşağında çalışan əməkdaşlar maaşlarının uzun illərdir artırılmamasından şikayətləniblər.
Qovşağın Cari planlama sektorunda 1996-cı ildən texnik kimi çalışan Vəliyeva Zülfiyyə redaksiyamıza müraciətində bildirib ki, artıq 29 ildir müəssisədə işləyir, amma son 11 ildə əməkhaqqlarında heç bir dəyişiklik olmayıb:
“Hazırda maaşım 552 manatdır. Bu, təkcə mənim yox, bütün işçilərin problemidir. Dəfələrlə rəhbərliyə müraciət etmişik, hətta Aztelekom MMC-nin baş direktorunun qəbulunda olmuşuq. Amma deyirlər ki, onların səlahiyyəti çatmır. Bizim maaş artımı yalnız nazirin əmri ilə ola bilər, amma 11 ildir Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən belə bir sərəncam verilmir”.
Şikayətçi iddia edir ki, qurum gəlirli sahələrdən biri olmasına baxmayaraq, bu gəlirdən əməkdaşlara pay çatmır.
“Aztelekom SOCAR-dan sonra gəlirinə görə ikinci yerdədir. Hazırda Sumqayıtda genişmiqyaslı “gifonlaşma” layihəsi çərçivəsində tonlarla kabellər çıxarılır və satılır, amma o gəlirdən işçilərə heç bir bonus verilmir. Ən çox maaş alan əməkdaş 600–650 manata qol çəkir. Yalnız şöbə müdirləri əlavə bonuslar alır”.
Şikayətçilərin sözlərinə görə, işçilər maaş artımı məsələsini qaldıranda onlara “struktur dəyişikliyi olacaq, danışmayın” deyə xəbərdarlıq edilir.
Qurumdan verilən cavabda bildirilib ki, əməkhaqqı artımları ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq olunur:
“Məlumat üçün bildiririk ki, “Aztelekom” MMC-də əməkhaqqı artımları ölkə üzrə minimum əməkhaqqının dəyişdirilməsi ilə bağlı tətbiq edilir. Sonuncu dəfə bu artımlar 2025-ci ilin 1 yanvar tarixində həyata keçirilib. Bundan əlavə, “Aztelekom” MMC-nin maliyyə imkanları və biznes tələbləri nəzərə alınmaqla əməkhaqqı artımı istiqamətində müvafiq addımlar atılır. Bununla yanaşı, əməkdaşların mükafatlandırılması üçün cəmiyyət daxilində mexanizmlər mövcuddur və bu çərçivədə mütəmadi tədbirlər həyata keçirilir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kainat.tv
"Tonlarla kabelləri çıxarıb satırlar, amma maaşımızı artırmırlar"
23
sentyabr
18:54
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident mühüm fərman İMZALADI
“Azelekom” dövlət malının 9 milyon yarısını maşınlara xərcləyib, NƏDƏN?: MMC-nin “Motor Clinik”lə qəribə tender anlaşması ilə bağlı DETALLAR
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
İşçilərin maaşı ilə özünə “İMPERİYA” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI