Ucar rayonu, Təzə Şilyan kənd sakiniBəkirov Şüküran Əsgər oğlu tərəfindən
MÜRACİƏT
Mən 1998-ci ildən etibarən dəmir yolu sistemində fasiləsiz çalışıram. Bu illər ərzində Kürdəmir PÇ-5 distansiyasının Müsüslü məntəqəsi və digər stansiyalarda müxtəlif vəzifələrdə işləmiş, Qarabucaq, Sığırli, Bərgüşad stansiyalarında növbətçi kimi fəaliyyət göstərmişəm. 2017-ci il 3 mart tarixindən isə rəhbərliyin əmri ilə Hacıqabul–Ləki–Balakən dəmir yolu sahələrinə sahə inspektoru təyin olunmuşam.
Pandemiya dövründə rəis olmadığı üçün həm Hacıqabul stansiyasında, həm də Müsüslü stansiyasında rəisi əvəz edərək əlavə vəzifələri icra etmişəm. 2025-ci ilin mart ayında keçirilən attestasiya zamanı fəaliyyətim müsbət qiymətləndirilib və attestasiyadan uğurla keçmişəm.
Buna baxmayaraq, 09 aprel 2025-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi şöbəsinin rəisi Fuad Əhmədov məni ali təhsilim omadığına əsaslanaraq sahə inspektoru vəzifəsindən azad edib və Ucar Dəmir Yolu stansiyasının Müsüslü blok-postuna sadə növbətçi təyin edib. Bu qərarı qanunsuz hesab edirəm, çünki, mən 28 illik qüsursuz iş stajına malikəm və bu staj vəzifəmdə qalmaq üçün əsas verir.Əmək Məcəlləsinin tələblərinə görə, işçinin aşağı vəzifəyə keçirilməsi yalnız əsaslı səbəblə və yazılı xəbərdarlıqla mümkündür. Mənə xəbər verilmədən və qanunsuz əsasla vəzifəm dəyişdirilib.Attestasiyadan uğurla keçməyimə baxmayaraq, fəaliyyətimə qiymət verilməyib, əksinə əsassız şəkildə vəzifəm aşağı salınıb.
Bundan əlavə, dəfələrlə etdiyim şikayətlərə baxılmayıb. Şöbə rəisi Fuad Əhmədov mənə açıq şəkildə “hara şikayət etsən də, axırıncı sözü biz deyirik, əvvəlki vəzifənə qayıtmayacaqsan, hətta işdən çıxarılmağın da mümkündür” deməklə əmək hüquqlarımı kobud pozub. Bu qanunsuzluqlara dəstək verən şəxslərdən biri də Yük daşımaları departamentinin rəis müavini Bəşir Əsədovdur.
Ailə vəziyyətim də ağırdır: oğlum Bəkirzadə Etibar Vətən müharibəsi iştirakçısı və veteranıdır, qızım Bəkirzadə Aişə II qrup gözdən əlildir, həyat yoldaşım Bəkirzadə Ceyran isə dializ xəstəsidir. Mənim ailə durumum nəzərə alınmalı və əmək hüquqlarım qorunmalıdır.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Dəmir Yolları QSC-nin sədri cənab Rövşən Rüstəmovdan xahiş edirəm ki, mənim müraciətimə şəxsən baxasınız və məni qəbul edəsiniz. Əvvəlki sahə inspektoru vəzifəmə bərpa olunmağım və işəgötürən tərəfindən yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün ədalətli qərar qəbul edilməsini istəyirəm.
Bəkirov Şüküran Əsgər oğlu
TEREF olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Kainat.tv
Rövşən Rüstəmovun nəzərinə... “Azərbaycan Dəmir Yolları” QSC-ində öz "qocu"-su var VİDEO
10
sentyabr
11:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Deputat Nəsib Məhəməliyevin FANTASTİK SƏRVƏTİ açıqlandı, GÖRÜN NƏLƏRİ VAR - Prezidentə MÜRACİƏT
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -TƏFƏRRÜAT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI