Tanınmış tiktoker, "Beniz" ləqəbli Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Kainat.tv-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəkilin vəsatəti əsasında Türkiyədə müalicə alan zərərçəkən Xalid Kərimovun videokonfransla prosesə qoşulması təmin edilib.
Zərərçəkən sərbəst ifadəsi zamanı deyib:
"Beniz"lə yaxın münasibətim olub, aramızdakı müəyyən söz-söhbətə görə mənə qarşı ifadə işlətmişdi. Onu qorxutmaq məqsədilə ondan polisə şikayət etdim ki, işlətdiyi ifadəyə görə peşman olsun. Vəkil Nüşabə Ağayevanın vasitəsilə bu iş Suraxanı Rayon Polis İdarəsinə verildi".
Zərərçəkən, həmçinin vurğulayıb ki, Aybəniz Xəlilova ona hər hansı bir zərər vurmayıb, əksinə, özünün təqsirləndirilənə müəyyən zərərlər vurduğunu deyib.
Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib.
Müşavirədən sonra vəsatət təmin edilməyib. Növbəti proses sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, "Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başladıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
""Beniz"lə yaxın münasibətim olub" - İş adamı ifadə verdi
09
sentyabr
19:23
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Bəniz"in məhkəməsinə zərərçəkənin onlayn qatılmasına icazə verilmədi
"Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
KİMDİR HAQLI? HAKİMLƏR ELMAR RƏHİMOV VƏ ZAUR HÜSEYNOV YOXSA HAKİM ƏFQAN ƏLƏKBƏROV ?..
Cənab SAMİR NURİYEVƏ AÇIQ MƏKTUB - Giyasli Group MMC heç Ali Məhkəmənində qərarını saymır...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI