Adlarının açıqlanmasını istəməyən bir qrup sürücü tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Şikayətçilər bildirir ki, Rusiyanın Stavropol şəhərindən Azərbaycana xırdabuynuzlu heyvanların gətirilməsinə rəsmi şəxslər tərəfindən süni maneələr yaradılır:
“Bildirmək istəyirik ki, bizim xırdabuynuzlu heyvanları Dağıstan Gömrük Komitəsindən keçirməyə qoymurlar. Bütün sənədlər qaydasında olsa da, heyvanları Azərbaycan ərazisinə buraxmırlar”.
Hazırda sərhəddə gözləməyə məcbur qaldıqlarını deyən şikayətçilər əlavə edir: “Bizi artıq 12-13 saatdır sərhəddə gözlədirlər. Bizimlə yanaşı, heyvanlar da əziyyət çəkir, neçə saatdır qapalı yerdə qalıblar. Nə bizə, nə də heyvanlara yazıqları gəlir.
Bizdə olan məlumata görə, buna birbaşa Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov göstəriş verib. Bu oyunu isə bizim başımıza Pərviz müəllimin qohumu olan Hüseynov Teyyub Məmməd oğlu açdırır. Səbəbi bizə də bəlli deyil. Belə deyirlər ki, o, bu sahədə monopolist şəxsdir, bu səbəbdən də başqa kimsəyə ölkəyə heyvan gətirməyə icazə vermirlər.
Bəzi işçilər bizə etiraf edib ki, Hüseynov Teyyub Məmməd oğlu tapşırıq verib. Onların sözlərindən belə çıxır ki, Teyyub müəllimdən başqa Stavropoldan Azərbaycana kimsə heyvan gətirə bilməz, heç kimə icazə verilmir.
Qeyd edək ki, heyvanların hamısının sənədləri və yoxlanışları olunub. Dözə bilməyən bir neçə heyavnımız artıq tələf olub, külli miqdarda ziyana düşmüşük”.
Şikayətçilərin redaksiyamıza göndərdiyi video-görüntünü də olduğu kimi dərc edirik:
Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Kainat.tv
Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovun sahibkarlara qadağası-Video
08
sentyabr
09:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
“Brend Media Group”un rəhbərinin adı ÖLÜM İŞİNDƏ - kimdən və necə GİZLƏDİLİB?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI