Abşeron rayonunun Məhəmmədli kəndində torpaq alqı-satqısı ilə bağlı qalmaqallı hadisələr cəmiyyətin diqqətini çəkib. Bakunews.az-a daxil olan məlumata görə, sözügedən prosesdə müəllimə, əvvəllər məhkum olunmuş şəxslər və bir neçə sahibkarın adı hallanır.
Məlumatlara əsasən, Cəfərova Şəbnəm Sabir qızı – hazırda Məhəmmədli kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Onun adı müxtəlif şəxslərlə bağlı qalmaqallı əmlak mübahisələrində çəkilir. Hazırda Bakı Şəhər Sabunçu rayon Polis İdarəsində barəsində Nurlan Babayev tərəfindən şikayət verilmiş və araşdırma davam edir.
İddialara görə, Şəbnəm Cəfərova əvvəllər məhkum olunmuş Həsənov Sərdar Güloğlan oğlu və Priyev Rüfət Zahid oğlu ilə birlikdə torpaq alqı-satqısında iştirak edib. Sərdar Həsənovun iki dəfə məhkumluq həyatı yaşadığı, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə həbs edildiyi bildirilir. Onun sonuncu həbsi Dövlət Təhlükəsizlik Xidmətinə edilən şikayət əsasında həbs həyatı yaşyıb. 2024-cü ildə sonra azadlığa buraxıldığı qeyd olunur.
Eyni zamanda, Abşeron rayon Polis İdarəsində Priyev Rüfət Zahid oğlu barəsində CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başladılıb. Onun Suraxanı rayonunda da oxşar ittihamlarla üzləşdiyi məlumatlar sırasındadır.
Məlumatlarda deyilir ki, torpaq alqı-satqısı zamanı Babayev Nurlan Tapdıq oğlu ən çox zərərçəkənlərdən biri olub. Onun barəsində şikayətlər, etibarnamələrin ləğvi və bərpası, həmçinin həbs olunub azadlığa buraxılması barədə faktlar qeyd olunur. Nurlan Babayev iddia edir ki, əvvəllər birlikdə yaşadığı Şəbnəm Cəfərova və yaxın dostu Sərdar Həsənov onun əmlaklarını ələ keçirmək üçün plan qurublar.
Hadisələrin gedişatında yük və minik avtomobillərinin hədə-qorxu ilə ələ keçirilməsi, müxtəlif şəxslərdən böyük məbləğdə pulların alınması, həmçinin şantaj faktları barədə məlumatlar redaksiyamıza daxil olub.
Digər tərəfdən, iddialarda Şəbnəm Cəfərovanın şəxsi həyatına dair qalmaqallı detallar da yer alır. O, müxtəlif şəxslərlə münasibətlərində həm şantaj, həm də maddi mənimsəmə ilə gündəmə gəlib. Bir neçə şəxsin ondan şikayətçi olduğu və polis orqanlarına müraciət etdiyi bildirilir.
Qeyd edək ki, bu məlumatlar hələlik iddia xarakteri daşıyır və məsələ ilə bağlı araşdırmalar davam edir. Redaksiyamız qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.
Kainat.tv
Bir müəllim tərəfindən sahibkarın başına açılan oyunlar – ŞOK DETALLAR / VİDEO
05
sentyabr
15:51
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb-Şok görüntülər
Media nümayəndələri təltif edildi - Siyahı
Müdir işdən çıxarıldı, 20 nəfərin işə qəbul əmrini verdi – Quba-Xaçmaz Regional Təhsil İdarəsində ŞOK QALMAQAL/SİYAHI
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI