Azərbaycan Dillər Universitetində (ADU) struktur dəyişiklikləri çərçivəsində tədris işləri üzrə prorektor vəzifəsinə yeni təyinat gözlənilir. Mətbuatda yayılan məlumatlara əsasən, bu vəzifəyə universitetin "Regionşünaslıq və beynəlxalq münasibətlər" fakültəsinin kafedra müdiri, tanınmış alim və təcrübəli təhsilçi professor Nərgiz Seyidova namizəd göstərilir.
Bakunews.az xəbər verir ki, Hazırda bu vəzifəni ötən ilin avqust ayından etibarən Şəfəq Şahməmmədova müvəqqəti olaraq icra edir. Lakin universitet daxilindən əldə olunan məlumatlar göstərir ki, rəhbərlik uzunmüddətli strateji baxımdan bu mühüm posta elmi-pedaqoji təcrübəsi, idarəçilik bacarığı və akademik nüfuzu ilə seçilən bir şəxsi gətirməyi planlaşdırır. Bu kontekstdə isə professor Nərgiz Seyidovanın adı ön plana çıxır.
Professor Nərgiz Seyidova Kimdir?
Professor Nərgiz Seyidova Azərbaycan elmi mühitində və ali təhsil sektorunda tanınmış simalardan biridir. Uzun illər ərzində ADU-da müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. Onun rəhbərlik etdiyi kafedrada tədris keyfiyyəti, tələbə nailiyyətləri və beynəlxalq əlaqələrin genişlənməsi sahəsində mühüm nəticələr əldə olunub.
O, bir neçə elmi tədqiqat layihəsinin rəhbəri, nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş məqalələrin müəllifi və ölkə daxilində gənc mütəxəssislərin hazırlanmasında aktiv rol oynayan pedaqoq kimi tanınır. Həmçinin cəmiyyətdə Ədliyyə sistemində ədaləti idarəçiliyi ilə tanına Ədliyyə nazirinin müavini, general-mayor Mirsaleh Seyidovun həyat yoldaşıdır.
Mütəxəssislər qeyd edirlər ki, ADU-nun strateji inkişafı, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tədris keyfiyyətinin yüksəldilməsi baxımından Nərgiz Seyidovanın bu vəzifəyə gətirilməsi tam məntiqli və əsaslandırılmış qərar olardı. Onun həm sahə üzrə elmi savadı, həm də idarəçilik təcrübəsi universitetin akademik yüksəlişinə töhfə verə bilər.
Hazırda təyinatla bağlı rəsmi açıqlama verilməsə də, məsələ ilə bağlı Universitet rəhbərliyi və Elm və Təhsil Nazirliyinin yekun qərarı yaxın günlərdə ictimaiyyətə təqdim oluna bilər.
ADU-nun gələcək inkişafında professor Nərgiz Seyidova kimi nüfuzlu bir akademik fiqurun rəhbər heyətdə təmsil olunması universitetin təhsil mühitinə və tələbə yönümlü siyasətinə müsbət təsir göstərəcək, ali təhsil sektorunda keyfiyyətli idarəetmənin daha da gücləndirilməsinə səbəb ola bilər.
Kainat.tv
Professor Nərgiz Seyidova ADU-da prorektor vəzifəsinə ən real namizəd kimi qiymətləndirilir
04
sentyabr
13:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - MÜRACİƏT
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
“Bunların arxasında böyük adamlar dayanıb” - uşaqların 1 milyon qan pulunu “yeyən”lərin CİNAYƏT DOSYESİ
Gəray Gəraybəyli Tibb Universitetinin laboratoriya müdiri ilə müqavilə bağladı – “Medlab Şamaxı” MMC-nin isə adı var
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI