"DogruXeber.az" xəbər verir ki, Qobu bələdiyyəsi illərdir ki, qanunsuzluqların “qızıl medallı çempionu” adını qazanıb. Əslində burda təəccüblü heç nə yoxdur – çünki qanunsuzluqların arxasında həmişə “qoruyucu mələklər” dayanır. Amma sual budur: Araz Nəcəfovu kimlər himayə edir?
Sanki görünməz əllər onun ətrafında qala qurub, elə bil ki, Azərbaycan qanunları Qobu kəndinin ərazisinə qədər gəlib dayanır, ordan o yana addım ata bilmir. Bütün dəlil-sübutlar ortadadır, saxta sənədlər, qanunsuz satışlar, dövlət torpaqlarının şəxsi malı kimi satılması – hamısı ifşa olunub. Amma yenə də sədr toxunulmazdır.
Əslində biz bir az gecikmişik – çünki əlimizdə sədrin yaxın qohumlarının öz dili ilə etiraf səs yazıları var. Biz onları çoxdan təqdim edə bilərdik. Amma təmkin göstərdik, materialları bir neçə dövlət qurumuna göndərdik ki, bəlkə ədalət işləyər. İndiyə qədər gözlədik, çünki inanmaq istəyirdik: dövlət qurumları bu dəfə yuxuda olmayacaq.
Amma görünən odur ki, Araz Nəcəfovun “himayədarları” elə möhkəm dayanıb ki, qanun belə onların qarşısında əyilib qalıb. Düzdür, əvvəlki bələdiyyə sədrləri də eyni əməlləri etmişdi. Onların bəzisi bu gün cəzalarını çəkir. Deməli, ədalət gec də olsa gəlib çıxır. Onda nə üçün Araz Nəcəfov bu qədər rahatdır?
Görəsən, kimlər onun əlindən tutub qoruyur? Kimlər öz kreslosunu itirməmək üçün onun cinayətlərinə göz yumur?
Biz himayədarlara da bir mesaj göndəririk: özünüzü yormayın! Çünki çox yaxın günlərdə həmin səs yazıları ictimaiyyətə təqdim olunacaq. Və onda nə Araz Nəcəfov, nə də “mələkləri” özlərini müdafiə edə biləcəklər.
Qobu camaatı artıq bilir: uzun illərdir baş verən qanunsuzluqlar təsadüf deyil, sistemli himayədarlığın məhsuludur. Amma hər sistemin də bir sonu var.
P.S.S: Qobu qəsəbə güzdək ərazilərində ata mülkü kimi torpaq peşkəş olunur…
Diqqətiniz bizdə olsun.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Kainat.tv
Qobu bələdiyyəsinin “mələkləri” kimdir?
27
avqust
16:41
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qobu bələdiyyəsi: keçmişdən bu günə dəyişməyən “torpaq oyunu”
Qobu bələdiyyə sədri və müavini HƏBS OLUNUR - qanunsuz satılan torpaqlar, saxta sənəd tərtibi, Şəhidlərə ehsan adı altında MÜDHİŞ DƏLƏDUZLUQ / FOTO
Azərbaycanda kino sahəsini FETÖ tam ələ keçirmək istəyir!
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI