Azərbaycanda “Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC ilə bağlı cərimə protokolu imzalanıb.
MMC-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“İdeal Motors”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 27 avqust tarixində hakim Orxan Məmmədlinin səsdrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, bir neçə il əvvəl şirkət müştəriyə istehlak qüsuru olan avtomobil satmış, sonradan müştəri avtomobili dəyişmək və ya qaytarmaq istəsə də, şirkət bundan imtina etdiyi üçün cərimələnmişdi.
Qeyd edək ki, “İdeal Motors” 2018-ci ildən qeydiyyata alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir.(Xalq.online)
Qarşı tərəfi dinləməyə hazırıq.
Kainat.tv
“İdeal Motors” qaydaları pozdu
22
avqust
16:12
Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Xaliq Faiqoğlu" qanunvericiliyin tələblərini pozdu, CƏRİMƏLƏNDİ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Sosial müavinətlər artırıldı - Fərman
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender ələ keçirdi - İLGİNC FAKTLAR...
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI