“Azərsun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərən “Bazarstore” mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) apardığı operativ vergi nəzarəti nəticəsində cərimələnib.
əldə etdiyi məlumata görə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tərtib edilmiş AKT-a əsasən, “Bazarstore” MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Nəzarət tədbiri zamanı pul hesablaşması zamanı qanun pozuntusuna yol verildiyi müəyyən olunub.
Əldə olunan digər məlumata görə, şirkətin hazırda 11.917,01 manat məbləğində vergi borcu var.
Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, “Bazarstore”nin Gəncə şəhərində fəaliyyət göstərən filialının (“Gəncə Bazar Store” MMC) isə vergi borcu 1 milyon manatı keçib. Bu borc 1.115.693,34 manat təşkil edir.
Məlumata görə, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Gəncə filialında da yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Yoxlama nəticəsində, pul vəsaitinin uçotdan gizlədilməsi və malların qaimə-fakturasız alınması ilə bağlı 1038 manat, Fiziki şəxslərlə əmək müqaviləsi olmadan işə cəlb edilmə faktına görə isə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Bildirək ki, “Gəncə Bazar Store” MMC-nin qanuni təmsilçisində də dəyişiklik baş verib. Şirkətə əvvəllər rəhbərlik edən Mahmudzadə Mahmud Məmmədəli oğlunu Bəxtiyar Yaqub oğlu Xəlilov əvəz edib.32gun.az
Kainat.tv
“Bazarstore”də pozuntu: Müştərilər belə aldadılır
21
avqust
16:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar: SİYAHI - SAHİBLƏRİ
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI