"Uşaqlara təhsil vermək, onların məktəbdənkənar vaxtını oğurlamaq demək deyil. Ev tapşırıqları ilə uşaqları və valideynləri yükləmək təhsil vermək hesab olunmur. Uşaqları idmana, musiqiyə, rəsmə, rəqslərə və digər fəaliyyətlərə yönləndirmək, onların zehni inkişafına daha çox faydalı olacaq. Bunun əvəzinə, uşaqları beyinlərinin hələ qəbul edə bilmədikləri dərslərə yükləyərək, onları həyatdan bezdirmək doğru deyil".
Kainat.tv Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi uşaqları lazımsız dərslərlə yükləməyi tənqid edib:
"Dövlət məktəblərində təhsil alan uşaqların valideynləri onsuz da min bir əziyyətlə əlavə hazırlıqlara, müəllimlərə pul xərcləmək məcburiyyətindədirlər. Azərbaycanda təhsilə mütləq və ciddi şəkildə dəyişiklik edilməlidir. Dövlət məktəblərində kameraların quraşdırılması və ciddi nəzarətin həyata keçirilməsi vacibdir. Eyni zamanda, məktəblərdə peşəkar və savadlı psixoloqların fəaliyyət göstərməsi də mütləqdir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində, imkanı olmayan uşaqlara dəstək və nəzarət məqsədilə yeni bir şöbə açılmalıdır. Bu şöbə icra hakimiyyətləri ilə də əlaqədə olmalıdır. Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik".
"Azərbaycanda təhsilə ciddi şəkildə dəyişiklik edilməlidir"
18
avqust
16:14
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sosial müavinətlər artırıldı - Fərman
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim TRAVMASI”
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
Uşaq evlərində nöqsanlar AŞKARLANIB, cəzalandırılanlar var, amma...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI