Qumar yasaqlanıb, amma “oyun” adı ilə hələ də reklam edilir – məsuliyyət hardadır?
Ölkə qaydaları aydındır – qumar oyunları qadağandır. Lakin bəzi şəxslər bunu görməzlikdən gələrək “əyləncə” və ya “oyun” adı altında xalqa qumarı sırımaqdan çəkinmirlər. Onlar sosial şəbəkələr və müxtəlif tətbiqlər vasitəsilə insanlara asan pul qazanmaq vədi verirlər.
Son günlər internetdə yayılan “Chicken Road” adlı oyun da buna bariz nümunədir. Reklamlarda tanış simalar çıxış edərək, az miqdarda pul yatırıb böyük məbləğlər qazanmağın mümkün olduğunu deyir. Ekranda isə “Pul çıxarmaq: 250.80 AZN” kimi yazılar göstərilərək insanlarda real qazanc təəssüratı yaradılır. Halbuki bu cür tətbiqlərin böyük hissəsi qumar prinsipi ilə işləyir və nəticədə insanların həm maddi, həm də mənəvi itkilərinə səbəb olur.
Xalqın ulu öndərinin dövlət başçısı olduğu dövrdə qəbul edilən dəyişikliklə qumarın oynanılması, oynadılması və reklam edilməsi yasaqlanıb. Amma təşkilatçıların bir hissəsinə qarşı tədbirlər görülsə də, reklam edənlər çox vaxt cəzasız qalır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu məsələ ciddi nəzarətə götürülməsə, “oyun” adı altında qumar daha da yayılacaq, yeni ailələr dağılacaq. Cəmiyyət isə tələb edir: qanun hər kəs üçün eyni işləməlidir – istər oynadan, istər reklam edən, istərsə də arxasında duran gizli şəbəkə olsun.
VİDEO LİNKDƏ: https://xalq.online/349344-2
Xalq
Kainat.tv
Qumar oyununu kim reklam edir? -Video
14
avqust
11:20
Qarabağ
OXŞAR XƏBƏRLƏR
GÜNÜMÜZÜN BƏLASI, İNSANLARIMIZA QURULAN TƏLƏ: "Topaz", "Misli" əhalini QUMARBAZLIĞA MƏCBUR EDİR
Professor yazır: "ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN LİDER PORTRETİ"
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
SOS: Uşaqların həyatı TƏHLÜKƏDƏ - Bu oyunlar ÖLÜMƏ APARIR
5 dəqiqəyə 20 minin XƏRCLƏNMƏSİ...- “TikTok”da çirkli pullar NECƏ YUYULUR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI