Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində, internet üzərindən vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun Kainat.tv-yə verdiyi məlumata görə, saxlanılan şəxs – 28 yaşlı Orxan Hüseynov ev heyvanları satmaq adı ilə müxtəlif elan saytlarında yalan məlumatlar yerləşdirib. Onun məqsədi alıcıların etimadını qazanaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirmək olub.
İlkin araşdırmalara əsasən, O.Hüseynovun bu üsulla bir neçə vətəndaşı aldadaraq maddi ziyana uğratdığı müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb və istintaq hərəkətləri davam etdirilir.
Polis orqanları bildirir ki, əgər Orxan Hüseynovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, onlar dərhal yaşadıqları ərazi üzrə polis idarə və şöbələrinə müraciət etməlidirlər.
Elan saytlarında aldatma əməli: Oğuzda 28 yaşlı şəxs saxlanıldı – TƏFƏRRÜAT
13
avqust
16:01
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Oliqarx oğlu son anda alimenti ödədi, ADINI da, SOYADINI da QIZINA VERDİ - FOTO
Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT
Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
Bakıda Rusiya vətəndaşları saxlanıldı - VİDEO+FOTOLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI