Əldə etdiyimiz məlumata görə Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümet İyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.
Kainat.tv xəbər verir ki, E-saglam.az-ın məlumatına görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb.
Mənbənin verdiyi məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Bu ilin mart ayında məhz eyni fəsad – tromblaşma – nəticəsində cəmi 34 yaşlı qadın dünyasını dəyişib.
Əlavə olaraq, əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb və hələ də müalicə alır.
Məlumat üçün bildirək ki, Etalon Hospital və Avrasiya Klinikası eyni şəxsin rəhbərliyində fəaliyyət göstərir. Bu isə xəstə hüquqlarının pozulması və tibbi səhlənkarlıqla bağlı məsuliyyətin bir mərkəzdə cəmlənməsi anlamına gəlir.
Xatırladaq ki, ölkədə son illərdə estetik əməliyyatlar zamanı baş verən tibbi səhvlər, ölüm halları və səhlənkarlıqla bağlı çoxsaylı faktlar ictimaiyyətdə narahatlıq doğurur. Hazırda müzakirəyə çıxarılan bu hal da həmin zəncirin bir hissəsi kimi görünür. Mövzu ilə bağlı aktrisa ilə əlaqə saxlamağa çalışsaq da bu barədə danışmaq istəmədiyini bildirdi. Bu barədə xəstəxanaya müraciət etdiyini onlardan xəbər gözlədiyini vurğuladı.
Qeyd: Qarşı tərəfin mövqeyini yayımlamağa açığıq.
Etalon Hospitalda daha bir QALMAQAL: Tanınmış aktrisa əməliyyatdan sonra AĞIR FƏSADLARLA ÜZLƏŞDİ
11
avqust
13:04
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI