Gəncə şəhəri acınacaqlı durumdadır.
Bir neçə gün öncə, Ajans.az Gəncə şəhərində küçələrin bərbad vəziyyətdə olması, ağacların quruması haqqında məlumat vermişdi. Məlumat paylaşıldıqdan sonra, saytın qaynar xəttinə şəhərdəki vəziyyətlə bağlı şikayətlər daxil olmağa davam edir. Belə ki, Gəncə şəhərindən Qasımov Kamil Nadir oğlu tərəfindən daxil olan məlumata görə, şəhərdə ağaclar susuzluqdan quruyur, küçələrdə zibillər yığılmaq əvəzinə olduğu yerdəcə yandırılır. Baxmayaraq ki, zibillərin yığılıb aparılması tapşırılıb. Eyni hallar şəhərin digər küçələrində də baş verir. Gəncə şəhəri Atatürk prospektində küçələrdə zibil yığılması və daşınmasında problemlər var. Zibil yığılması üçün istifadə olunan yük maşının üstü açıqdı.
Şəhərin Zülfü Hacıyev küçəsi, Dəmir Yolları parkında ağaclar susuzluqdan quruyub. Parkın vəziyyəti bərbad haldadır. Hava şəraiti normal olmasına baxmayaraq ağaclar məhv olur. Parkın ərazisindəki ağacların suvarma vasitələri yoxdur. Həmçinin ərazidəki fontan işləmir, oturacaq skamyaları da istifadəyə yararsız haldadır. Parkın təmizliyinə heç bir qurum diqqət yetirmir. Məişət tullantıları isə yığılmaq əvəzinə parkın içində yandırılır. Quruyub aşmış ağaclar da təmizlənmir. Şikayətçi Qasımov Kamil parkda bütün bu işləri görmək üçün işçilərin olmadığını bildirir.
Gəncə şəhəri Poçt qəsəbəsi Rüfət Əliyev küçəsində də yaşıllıqlar eyni vəziyyətdədir. Ağacların hamısı quruyub. Yaşıllıqların yerləşdiyi bəzi ərazilərdə artezian su sistemi olmasına baxmayaraq, ağaclar sulanmır. Kamil Qasımov bütün bu problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir tədbir görülmədiyini də bildirib.
Kainat.tv
GƏNCƏDƏ ağacların “soyqırımı”- Küçələrdə od vurulan ZİBİLLƏR…
06
avqust
10:35
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Media nümayəndələri təltif edildi - Siyahı
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Qusar Mərkəzi Xəstəxanasından ŞİKAYƏT - Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyeva……
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI