Rusiya Prezidenti Vladimir Putinin Moskva vilayətində Novo-Oqarevodakı iqamətgahının yaxınlığında özünü şübhəli aparan şəxs saxlanılıb.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Regnum” portalı yayıb.
Həmin şəxsin saxlanılmasına səbəb onun körpü üzərində dayanaraq qarğalara əlini yelləməsi olub.
Bildirilib ki, patrul xidməti həyata keçirən əməkdaşlar bir gəncin meşədə gəzdiyini və “qəribə davranışlar sərgilədiyini” müşahidə ediblər.
Belə ki, onlar gənci saxlayaraq sorğu-sual ediblər. Məlum olub ki, həmin şəxs 21 yaşlı Moskva sakinidir. Bununla belə, onun adı və soyadı açıqlanmayıb.
“Sergey (ad şərtidir – red.) Novo-Oqarevoya Moskvadan elektrik qatarı ilə gəlib, Usovo stansiyasında düşüb və qonşu Bolşoe Sarayevo kəndində yerləşən evinə qədər yolunu qısaltmaq üçün meşə ilə getməyə qərar verib. O, körpüdən keçərkən qarğaları görüb və onlara əlini yelləmək üçün dayanıb”, - deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ona mühafizə olunan dövlət obyektinin ərazisində olduğunu və buna görə də davranışlarının diqqət çəkdiyini izah ediblər. Daha sonradan onun hər hansı qanunazidd hərəkət planlaşdırılmadığı aydın olduqda sərbəst buraxılıb.
Kainat.tv
Putinin iqamətgahı yanında qarğalara əlini yellədi, saxlanıldı
04
avqust
19:31
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Moskvada "Hacı Məmmədov"un dəstəsi tutuldu - dəstədə Mərdəkan bələdiyyə müavininin qardaşı da var
Bakıda Rusiya vətəndaşları saxlanıldı - VİDEO+FOTOLAR
Təyyarə qəzası ilə bağlı MÜHÜM GƏLİŞMƏ – Rusiya bu dəfə “FƏLAKƏT QARĞALARI”nı vura bilər
“Hacı Məmmədov”un dəstəsində tutulan Araz Dadaşovla bağlı ŞOK MƏLUMATLAR – Suriyada döyüşüb və...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI