Son dövrlər Zəngəzur dəhlizi məsələsi regionun əsas siyasi gündəm mövzusuna çevrilib. Xüsusilə Cənubi Qafqazın digər iki ölkəsi olan Ermənistan və Gürcüstan mediasında Azərbaycanın bu istiqamətdə mümkün hərbi əməliyyatlara başlaya biləcəyi və prosesə Türkiyənin də dəstək verəcəyi barədə iddialar səsləndirilir.
İrəvanın Zəngəzur dəhlizinin açılmasına razılaşmayacağı halda, Azərbaycan ordusunun əraziyə daxil olacağı və Naxçıvanla quru əlaqəsinin güc hesabına təmin ediləcəyinə dair məlumatlar yayılır. Ermənistan KİV-də bu kimi xəbərlər artıq adi hal alsa da, eyni tezislərə Gürcüstan mediasında da rast gəlinməsi maraq doğurur.
Ümumiyyətlə, bu yanaşma nə dərəcədə realdır? Ermənistan dəhliz tələbi ilə razılaşmayacağı halda, regionda gərginlik yenidən alovlana bilərmi?
Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının əsas səbəblərindən biri Zəngəzur dəhlizidir:
“İran bu dəhlizin açılmasına qarşı olduğunu, onu “qırmızı xətt” kimi qəbul etdiyini bildirirdi. Fransa və ABŞ da bu məsələyə qarşı tərəflər kimi yanaşırdı. Lakin aydın oldu ki, hamısı dəhlizin açılmasına müsbət yanaşırlar, sadəcə öz maraqlarının təmin olunmasını gözləyirlər. Rusiya, ərazisindən keçməyən bu dəhlizin fəaliyyətə başlamasını ən çox istəyən ölkələrdəndir. Ermənistan vasitəsilə Zəngəzur dəhlizindən gəlir əldə etmək və öz gücünü nümayiş etdirmək niyyətindədir. Rəsmi İrəvan isə dəhliz üzərində nəzarətin özündə qalmasını istəyir.
Zəngəzur dəhlizi istiqamətində toqquşma ehtimalı hər zaman mövcuddur. Hətta ABŞ şirkəti nəzarəti ələ alsa və 100 illik müqavilə imzalasa belə, Rusiya hansısa formada güclənə, İran tamamilə fərqli mövqe sərgiləyə və nəticədə müəyyən gərginlik yarana bilər. Dünyada potensial münaqişə ocaqlarından biri də 44 günlük müharibədən sonra Zəngəzur kimi göstərilir.
Bu problemin yalnız ölkələr arasında müəyyən uzlaşma kontekstində həll olunması mümkün görünür. Dəhlizin qısa müddət ərzində açılmasını gözləmirəm. Hətta Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi də həmin yolun açılışından sonra mümkün olacaq. Dəhlizə nəzarət edən ölkənin sülhün əldə olunmasında vasitəçi rolunu oynayacağı da istisna deyil”.
Kainat.tv
Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”
31
iyul
11:37
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Zəngəzur dəhlizi üçün SON TARİX - İrəvanın QƏRAR ANI
Zəngəzur dəhlizinin ÖNÜ AÇILIR - Bakı və Ankara əqrəbləri TUTUŞDURUR...
Zəngəzur məsələsinə son qoyuldu? - Moskva və Tehrandan XAİN HƏMLƏ
ABŞ Zəngəzur dəhlizinə niyə CAN ATIR: Rusiyasız "QAFQAZ SSENARİSİ reallığa çevrilir
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI