İş adamı Xəlil Göyüşova məxsus olan “Körpü-Bina-Tikinti” MMC daha bir tenderin qalibi seçilib.
Kainat.tv-nin məlumatına görə, şirkət bu dəfə Dövlət Sərhəd Xidmətinin Goradil qəsəbəsində yerləşən “Sərhədçi” İstirahət Mərkəzində cari təmir işlərini həyata keçirəcək. Bunun müqabilində isə “Körpü-Bina-Tikinti” MMC-yə 460 397,27 manat ödəniləcək.
Beləliklə, şirkət cari ildə qalib gəldiyi tenderlərin sayını 3-ə çatdırıb. MMC bundan əvvəl Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin iki tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 43 783 291,36 manat təşkil edir.
“Körpü-Bina-Tikinti” şirkəti 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manatdır. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşən şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xaliq Göyüşov Xəlil Göyüşovun qardaşıdır. Mediada gedən məlumatlarda Xəlil Göyüşov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanovun yaxın ətrafına daxil olan şəxs kimi təqdim edilir.
Ötən ilin oktyabr ayında Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfər dünyasını dəyişmişdi. Həmin vaxt mətbuat tunelin 2019-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə “Körpü Bina Tikinti” MMC tərəfindən tikildiyini yazmışdı. Qaynarinfo
İş adamı Xəlil Göyüşov bir ildə 44, 2 milyon manatlıq sifariş alıb
31
iyul
11:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlı ŞOK MƏLUMATLAR
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Göyüşov və oğlu haqda YENİ MƏLUMATLAR: Milyonluq layihələr, qaranlıq tenderlər...
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI