Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri Muhammet Gündüz mərhumun ailəsinə maddi təzminat ödəyəcək.
Kainat.tv "Qafqazinfo"ya istinadla xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş şikayətə əsasən belə qərar çıxarıb.
Türkan Gündüzün hüquqi varisi onun bacısıdır. O, məhkəmədə nümayəndəsi ilə iştirak edib.
Apellyasiya şikayətində Muhammet Gündüzə verilmiş 17 illik həbs cəzasının ömürlük cəza ilə əvəz olunması və maddi-mənəvi ziyana görə ümumilikdə 170 min manat təzminat tələb olunub. Mülki iddiada göstərilib ki, ailə dəfn xərcləri, yas mərasimləri, uşaqların yerləşdirilməsi və təhsili, eləcə də istintaq və məhkəmə proseslərində iştirak üçün ümumilikdə 70 min manat maddi ziyan çəkib. Bundan əlavə, 100 min manat məbləğində mənəvi ziyanın ödənilməsi istənilib.
Məhkəmə apellyasiya şikayətini mülki iddia hissəsində qismən təmin edib. Muhammet Gündüzün mərhumun bacısının-hüquqi varisin xeyrinə 15 min 70 manat ödəməsinə qərar verilib.
Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin cəza müddəti ilə bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Muhammet Gündüzə əvvəl verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Türkan Gündüzü öldürən əri baldızına 15 min ödəyəcək
29
iyul
13:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkan Gündüzün qətlinin dəhşətli təfərrüatı – HƏSSAS GÖRÜNTÜ
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Sosial müavinətlər artırıldı - Fərman
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Azərbaycanda yeni YAS QAYDALARINA QƏRAR VERİLDİ: Üç, yeddi, cümə axşamları LƏĞV EDİLDİ/FOTO FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI