İran və İsrail arasında gərginləşən münaqişə artıq Azərbaycanda da hiss olunmağa başlayıb. Təsirlər ilk olaraq İrandan idxal olunan məhsulların satıldığı mağazalarda özünü göstərib.
Musavat.com-un əməkdaşı paytaxtın müxtəlif yerlərində yerləşən belə mağazalara baş çəkib, satıcılarla söhbət edib, yaranan vəziyyəti öyrənib.
Nizami metrosu yaxınlığında yerləşən İran malları mağazasının satıcısı deyir ki, bir həftədir İrandan məhsul gətirə bilmirlər: “Biz həmişə ayda iki dəfə mal gətirirdik. İndi sərhəddə vəziyyət qarışıqdır, gömrükdən keçmək mümkün deyil. Ötən həftə özümüz getmişdik, dedilər ki, buraxılış yoxdur".
Satıcı deyir ki, əsas bahalaşma soyuducuda saxlanılan məhsullarda hiss olunur. “Məsələn, əvvəl yağ 18 manata idi, indi 22 manata satırıq. Qaymaq 1 manat 10 qəpik idi, indi 1 manat 20 qəpik olub. Amma şirniyyatların qiymətini qaldırmamışıq, çünki onların istifadə müddəti var, xarab olar".
İran malları satan digər sarıcılarda da oxşar problemlərdən danışır. “Əvvəl 5 litrlik İran istehsalı maye sabun 6 manata idi, indi 8 manata veririk. Çünki yenisini gətirmək mümkün deyil. Bütün təmizlik məhsulları bahalaşıb. Alıcılar şikayət edir, amma bizlik deyil, biz də mal tapa bilmirik”.
Sumqayıtda fəaliyyət göstərın İran malları mağazasının sahibi isə bildirir ki, hazırda yalnız anbardakı məhsulların satışı davam edir. “İndi biz anbarlardan qalanı satırıq. Amma belə getsə, 1-2 həftəyə heç nə qalmayacaq. Onda vəziyyət daha pis olacaq. Mal gəlməsə, nə satacağıq ki?”
Reportaj zamanı müşahidə etdik ki, qiymət artımı alıcılar arasında da narazılığa səbəb olub. Alıcı Nigar xanım deyir: “Mən ayda bir dəfə bu mağazadan yağ, çay, qaymaq alırdım. İndi qiymətlər qalxıb, bir yağın qiyməti 22 manat olub. Gəlirimiz dəyişməyib, amma xərclər artır”.
Hazırda İranla sərhəddəki qeyri-müəyyənlik və regionda artan gərginlik fonunda Cənubi Azərbaycan mallarının Azərbaycana idxalında problemlərin nə vaxt aradan qalxacağı bəlli deyil. Sahibkarlar isə vəziyyətin düzəlməyəcəyi təqdirdə mağazalarını bağlamağa məcbur qalacaqlarını deyirlər.
Kainat.tv
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
23
iyun
10:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Avropanın daha bir “QAZLI” qərəzi -Bakıya ŞƏR ATIR, Ermənistana GÖZ YUMULUR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI