"Blok imtahanının birinci cəhdindən tarix fənninin sualları digər fənlərlə müqayisədə, eynilə daha əvvəl keçirilən imtahanlardan da daha çətin olduğu ifadə olunmuşdu. Bunu imtahandan çıxan abituriyentlərlə yanaşı, fənni tədris edən müəllimlər də bildirmişdi".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev 2-ci və 3-cü qrupların blok imtahanlarının nəticələrindən danışarkən bildirdi.
"Amma təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzi bu fikirlərə tam qarşı iddialar irəli atırdı. Sualların çətin yox, qaydalar çərçivəsində olduğu bildirilirdi. Ümumiyyətlə, DİM-in qəbul imtahanında qaydalara uyğun olaraq suallar eyni səviyyədə təşkil olunmalıdır. Yəni, hansısa fənn üzrə sualların səviyyəsi asan, orta, çətin olmaqla 3 hissəyə bölünməlidir. Paralel şəkildə suallar paylanmalıdır. Bununla yanaşı, fənnlərdən birinin digərinə nisbətən çətin olması qətiyyən yolverilməzdir".
Təhsil eksperti bildirdi ki, DİM qaydalara riayət etməlidir.
"Qəbul imtahanında 3 fənnin 3-ü də standart formada təşkil olunmalıdır. Çünki burada fənn ayrı-seçkiliyi qətiyyən olmaz. İstər-istəməz şagirdin bir fənnə olan münasibəti, nifrəti qəbuledilməzdir. Amma təəssüflər olsun ki, DİM öz fikirlərini ictimaiyyətlə bölüşməyə başladı, sualların çətin olmadığını bildirirdi. Nəticələr açıqlandıqdan sonra biz DİM-in iddialarının cəfəngiyyat olduğunu müşahidə etdik. Nəticəsi çıxan abituriyentlərin nəticəsinə baxdıqda, Azərbaycan dili və ədəbiyyat suallarının orta 60-70 faiz ətrafında olduğu halda, tarix suallarının 10 faiz ətrafında olduğu müşahidə olundu. Bu, həqiqətən də acınacaqlı vəziyyətdir. Və bu, bir çox abituriyentdə belədir. Bir çoxunda eyni vəziyyətdirsə, bu, tarix suallarının anormal olduğunu ortaya qoyur. Düşünürəm ki, DİM belə hallarda müdafiə mövqeyindənsə, işi araşdırıb müvafiq tədbirlər görməlidir. Xəta edənlər kimlərdisə, onları tapıb cəza vermək lazımdır. Amma son illərə baxdıqda bunun şahidi ola bilmirik. Sonuncu qəbul imtahanında DİM-in riyaziyyat fənnindən sualın bütün abituriyentlərin leyhinə nəzərə alınacağını deməyi, xətanın var olduğunu göstərir".
R.Nurəliyev qeyd etdi ki, xətaya görə DİM ictimaiyyətdən üzr istəməlidir.
"Qəbul imtahanında bunu gördük. DİM-i buna görə alqışlayırıq. Olan səhvi müdafiə etmək, ictimaiyyətdə daha çox qəzəbi formalaşdırır. Bu da DİM-in tutumu kimi qiymətləndirilməməlidir. Əgər tarix sualları ictimaiyyət tərəfindən çətindir deyilirsə, DİM bunu qəbul etməlidir. Təklif edirik ki, DİM tarix fənninin nəticəsinin və digər fənnlərlə müqayisəsinin statistikasını çıxarsın. Biz bunu alqışlayıb qəbul edirik ki, DİM müdafiədə haqlı idi", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.
Kainat.tv
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
13
iyun
11:36
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Elm və Təhsil Nazirliyinin mühüm strateji səhvi: Bu qərar qızların təhsil hüququnun pozulmasına səbəb olacaq - AÇIQLAMA
11-ci sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
İmtahanlarda bu sualların artması, şagirdləri çətin vəziyyətə salacaq - Ekspertdən AÇIQLAMA
2025-ci ildə imtahan verəcək şəxslərə ŞAD XƏBƏR – Yeni MODEL GƏLİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI