Novxanıda fəaliyyət göstərən AF Beach Hotel, bir qazinin zəhmətini heçə sayaraq həm borc öhdəliyindən yayınır, həm də fiziki təzyiqə bənzər davranışlarla çəkilişə mane olur. Bu, təkcə bir vətəndaşın deyil, hüquq dövləti prinsiplərinin açıq şəkildə tapdanması deməkdir.
Müharibə iştirakçısı olan qazimiz şəxsi təşəbbüslə qurduğu çiçəkçilik fəaliyyəti çərçivəsində oteldən 640 manatlıq gül sifarişi qəbul edir. Güllər vaxtında hazırlanaraq otelə çatdırılır, sifariş yerində təhvil verilir və təqdimatın videosu otelin daxilində lentə alınır. Lakin sifarişdən dərhal sonra vəd edilən ödəniş bir gün, iki gün, hətta bir həftə keçsə də həyata keçirilmir.
Ən maraqlısı isə, qazimiz otelə yenidən müraciət etdikdə AF Beach Hotel-in əməkdaşları çəkiliş aparan şəxslərə mane olur, onları məkanın içindən qovur və sifarişi tamamilə inkar edirlər. Orada olan otel nümayəndəsi açıq şəkildə bildirir:
“Biz sizdən heç nə almamışıq.”
Bu isə artıq aldadıcı kommersiya fəaliyyəti, yalan bəyanat, əmlak dəyərinin mənimsənilməsi, ictimai çəkilişə qanunsuz müdaxilə və qaziyə qarşı hörmətsizlik deməkdir.
Əlavə olaraq, otel əməkdaşları qazinin “Ödəniş etmirsinizsə, heç olmasa gülləri geri qaytarın” tələbinə qarşılıq olaraq bildiriblər:
“Nə gül veririk, nə pul. Hara istəyirsən şikayət et. Buranın yiyəsi elə-belə adam deyil.”
Bu hansı qanunla əsaslandırılır?
Əgər bir otel rəhbərliyi sifariş verib, xidmət alıb, sonra bunu inkar edirsə və üstəlik qaziyə qarşı qeyri-insani davranırsa — bu artıq cəmiyyət üçün təhlükə mənbəyidir.
Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.patrul.az
Kainat.tv
Novxanıda “AF Beach Hotel”dən ödənişimi ala bilmirəm… - ŞİKAYƏT
11
iyun
18:01
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub
İntim videosu ilə GÜNDƏM olan hakimin QALMAQLI BÖYÜYÜR - FOTO
"Azerbaijan Coca-Cola Bottlers" MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb
"AAAF Park"da qanunsuz tikinti işləri aparılır: Qanunsuz obyekti İNŞA EDƏN KİMDİR? - VİDEO+FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI