Venesuela terror təhlükəsini əsas gətirərək qonşu Kolumbiyaya bütün uçuşları müvəqqəti olaraq dayandırdığını rəsmən açıqlayıb. Bu qərar ölkədə keçiriləcək seçki ərəfəsində təhlükəsizliklə bağlı narahatlıqların ən yüksək həddə çatdığını göstərir.
Bu barədə Kainat.tv "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, Venesuelanın daxili işlər naziri Diosdado Kabello dövlət televiziyası verdiyi açıqlamada Kolumbiyadan ölkəyə çoxlu sayda muzdlu əsgərin sızdığını iddia edib. Kabello mayın 25-də keçiriləcək kritik parlament seçkisi ərəfəsində fövqəladə təhlükəsizlik tədbirləri görməli olduqlarını vurğulayıb.
Onun bildirdiyinə görə, seçkinin sistemli şəkildə sabotaj edilməsinə çalışılır.
"Kolumbiyadan Venesuelaya bütün uçuşların dərhal dayandırılması ilə bağlı göstəriş verdik. Çünki əlimizdə olan kəşfiyyat məlumatlarına görə, zorakılıq, terrorizm və mafiya ilə əlaqəsi olan şəxslər Kolumbiya sərhədindən ölkəyə daxil olmağa cəhd edirlər", - deyə Diosdado Kabello qeyd edib.
O, həmçinin əməliyyatlar nəticəsində 17-si xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 38 nəfərin saxlanıldığını da bildirib və saxlanılanlar arasında Kolumbiya, Meksika vətəndaşlarının olduğunu deyib.
Kabello, eyni zamanda, ölkədəki diplomatik nümayəndəlikləri hədəf alan hücumlarla bağlı kəşfiyyat məlumatları əldə etdiklərini də vurğulayıb.
"Venesuelada akkreditə olunmuş səfirliklər hücum üçün əsas hədəf olaraq seçilib. Polis bölmələri, xəstəxanalar, sağlamlıq mərkəzləri və yarımstansiyalar da potensial hədəflər arasındadır", - deyə o əlavə edib.
Diosdado Kabello müxalifət lideri Maria Korina Maçadonu da sərt şəkildə tənqid edərək, sözügedən terror fəaliyyətlərinin arxasında dayanan əsas adın Maçado olduğunu iddia edib.
Qeyd edək ki, mayın 25-də Venesuelada qonşu Qayana ilə mübahisəli Esekibo bölgəsi də daxil olmaqla, 24 bölgədə valilik seçkisi, eləcə də Milli Assambleya üçün parlament seçkisi keçiriləcək.
Venesuela Kolumbiyaya uçuşları dayandırdı - Səfirliklər təhlükə altındadır
28
may
17:12
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI