Danışmaq istəmirsən, amma mümkünatı yoxdur. Təhsildə baş verən iyrənclik xirtdəyə çıxıb.
2022-nin yayı olardı. MİQ imtahanlarını təşkil etmək üçün bunkerdə idim. Orada acınacaqlı vəziyyəti gördüm: bir sıra aparıcı kurs rəhbərlərini doldurublar içəri, bunlar da hamısı müəllimlərə öz öyrətdiklərini testlərə yamayırlar.
Bunkerden "azad olunandan" sonra gəldim, ilk növbədə, gecə ilə Vəfa Yaqubluya mesencerdən yazıb vəziyyəti bildirdim. Səhər Vəfa Yaqublu ilə telefonla danışdıq. Mən bir daha bildirdim vəziyyəti və soruşdum:
- Onlar niyə bunkerdədirlər?
Cavabı belə oldu:
- Bəs kim olmalıdır?
Nəzakət Mehdiyevanın otağına gedib vəziyyəti onunla da müzakirə etdim. Nəzakət Mehdiyeva, xarakterindən acığım gəlsə də, düzünü deyim ki, bütün dövrlərin adamı olduğu üçün konkret heç bir qruplaşmanın üzvü deyil, ona görə, yeri gələndə, bunların hamısından daha düzgün danışır. Nəzakət xanım vəziyyəti mənə belə izah etdi:
- Aynur Rüstəmova yanımda oldu, X-lə bərabər idilər. Bunlar ikisi də bir-birlərini müəllimləri üstümüzə qaldırmaqda ittiham etdilər. İkisi də bir-birinin üstünə atdılar. Kişi mənim qarşımda Aynurun üzünə tüpürüb dedi ki, niyə yalan danışırsan, etirazı təşkil edən sən deyilsənmi. Mən də bunları içəriyə saldım ki, çöldə qalıb camaatı üstümüzə qaldırmasınlar. Başqa yolum yox idi.
Amma sonuncu məsələ onun dediyi kimi deyildi. Kurslar Nazirlikdə oturan adamlarındır, hamısının yumruğu Nəzakətin başına dəyirdi. O da hamısının könlünü xoş etmək üçün, Nizami müəllimin sözü olmasın, "optovoy" bunları atıb içəri. Allah bunların hamısını elə "içəri atsın", içlərində bir nəfər belə sağlam adam yoxdur... Hə, sonra Emin Emrullayevin də səsi çıxdı: "O filankəs bunkerdə nə edir? - deyib öz mafiyasından olmayan bir nəfərin bunkerə daxil olmağına qadağa qoydu.
Təhsildə baş verənlərin mətbəxi budur.
İndi qırın bir-birinizi.
Könül Aydın
Elm və Təhsil Nazirliyinin sabiq əməkdaşı
P.S.Yazı müəllifin Feysbuk-dakı hesabından götürülüb.
MİA.AZ
Kainat.tv
"Əmrullayev yalnız bir nəfərə qadağa qoydu, dedi ki..." - NAZİR KURS RƏHBƏRLƏRİNİ BUNKERƏ NİYƏ SOXUB?
27
may
18:56
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tibbi arayış almaq niyə bu qədər ÇƏTİNDİR? - Poliklinikadan REPORTAJ
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Əmisi arvadın ZORLADI, 7 bıçaq zərbəsi ilə ÖLDÜRDÜ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI