İmişlidə 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.
KAinat.tv xəbər verir ki, modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb. O bildirib ki, burada heç bir pis şey yoxdur. “Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, – Saleh Səmədov qeyd edib.
Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.
Tribunainfo.az media resurslarında yayılan xəbərlərə əsasən S.Səmədov haqda bəzi məlumatları dəqiqləşdirib.
O, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri işləyib. S.Səmədov keçmiş icra başçısı Əbülfəz Ağayevin dövründə icra başçısının müavini də olub.
Saleh Səmədov 1962-ci ildə anadan olub. Bioqrafiyasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəetmə Akademiyasının məzunu olduğu qeyd edilib. 1992-2003-cü illərdə Respublika Bazarlar İdarəsinin rəisi, Bakı Baş Ticarət İdarəsi rəisinin müavini, Səbael rayon Ticarət və Ictimai Iaşə Idarəsinin rəisi, Nərimanov rayon Ticarət Departamentinin rəisi, Bakı şəhəri Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifələrində çalışıb..Vəzifə tutmaq, hakimiyyət “olimpinə” dırmaşmaq işinin əsas qayəsi olub. Nəhayət istəyinə çatıb. Qısa müddət ərzində Imişli Rayon Məşğulluq Mərkəzinə direktor təyinatı alıb.
S.Səmədov 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi – Imişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Deyilənə görə, zavodu həmin vaxtlar Milli Məclisin deputatı olan Musa Musayevlə birgə idarə edirmiş. M.Musayev Naftalan şəhər icra hakimiyyəti başçısı təyin olunanda onu özünə müavin götürür.
İmişlidə SSRİ bayrağı qaldıran Saleh Səmədov kimdir? — ŞOK DOSYE, AÇIQLAMA
13
may
15:37
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Müharibə meydanını xatırladan Xırdalanın mərkəzinə gedən yol - BAXIMSIZLIQ
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu, qərara əməl etmədi – Foto
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Yasamalın icra başçısı şəhid küçəsinə baxmağdan İMTİNA EDİB? – FOTO
Taleh Qaraşov BUNU DA ETDİ: Lənkəranda park yerini satıb, görün NƏ TİKTİRDİ – FOTO
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI