Çin Tayvana geniş miqyaslı işğal məqsədilə tank və qoşun daşımaq üçün istifadə oluna biləcək desant barjaları inşa edir.
Ajans.az xəbər verir ki, bu barədə müdafiə analitikləri xəbərdarlıq edib.Quançjouda beş gəminin müşahidə edildiyi, nəhəng barjaların hər birinin tamamlanması cəmi bir neçə ay çəkdiyi bildirilir.
Onlar 2022-ci ildən bəri inkişaf etdirilir, lakin daha böyük barjlar yalnız bu yaxınlarda ortaya çıxıb.