Kainat.tv “Xocalı” futbol klubunun təsisçisi və baş direktoru İlkin Hacıyevin İdman.biz-ə istinadən müsahibəsin təqdim edir.
- Klubun fəaliyyətində hansı yeniliklər var?
- Hazırda U-13 və U-14 komandalarımız çempionatlarda iştirak edir. Artıq demək olar ki, 14 yaşlı futbolçulardan ibarət komandamız pley-offa vəsiqəni təmin edib. Gələcəkdə I və II, daha sonra isə yüksək liqada oynamaq istəyirik. Ancaq təəssüf ki, arzularımızın önünü bəzi reallıqlar kəsir.
- Nə kimi?
- Sözügedən məqsədləri reallaşdırmaq üçün maliyyə dəstəyinə ehtiyacımız var. Beş ildir ki, klubun bütün yükü mənim çiynimdədir. Heç bir maliyyə dəstəyimiz yoxdur.
- Bəs indi klub maddi xərclərini necə qarşılayır?
- Hazırda pullu qruplarımız fəaliyyət göstərir. Bununla bərabər, aztəminatlı ailələrdən olan perspektivli uşaqlar üçün pulsuz qruplarımız var. Düzü, müraciət edənlərin sayından narazı deyiləm. Klubun əsas bazası Masazırda yerləşir və Xırdalanda filialımız fəaliyyət göstərir.
- Fəaliyyətinizi Xocalıda davam etdirməyi düşünürsünüz?
- Bildiyiniz kimi, hazırda Xocalıda bərpa işləri gedir. Buna görə də, sözügedən məsələ ilə bağlı hər hansı müraciət etməmişik. Ancaq yaxın illərdə bu addımı atacağıq. “Xocalı” futbol klubu Xocalıda fəaliyyət göstərməlidir.
- Klub olaraq gələcək hədəfləriniz nədir?
- “Xocalı” yarandığı gündən etibarən AFFA-nın bayrağı altında keçirilən Azərbaycan çempionatlarında iştirak edir. Bundan sonra isə əsas niyyətimiz U-14 liqasındakı uşaqlarla davam edib, Gənclər Liqasına çıxmaqdır. Hazırda isə uşaq futbolunun inkişafı üçün nəyi bacarırıqsa, etməyə çalışırıq. Əminliklə deyə bilərəm ki, Azərbaycan klublarının balaca yaş qruplarında kifayət qədər istedadlı uşaqlar var. Onları nəzarətdə saxlayıb, daim dəstək olmaq lazımdır. Həmin uşaqlar bir yerə qədər gəlirlər, sonra əvvəlki tepmdə davam edə bilmirlər. Baxmaq lazımdır ki, 14-15 yaşındakı futbolçu hansı çətinliklərlə üzləşir və həmin problemlərin həlli istiqamətində nə etmək olar. Böyük hədəflərimiz var, eyni zamanda da çətinliklərimiz. Hara qədər bacarıramsa, ora qədər gedəcəm.
“Xocalı”nın təsisçisi: “Arzularımızın önünü bəzi reallıqlar kəsir” - MÜSAHİBƏ
26
fevral
19:27
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI