Bakının mərkəzində fahişəliklə məşqul olanlara himayədarlıq edənlər yəni sutenyorlar peyda olub. Qadınları müəyyən müddətlik turistlərə satan bu şəxslər barədə turist-bloger məlumat yayıb.
Ajans.az-ın əldə etdiyi video çarx hiddət və təəssüf doğurur. Hindistanlı turist-blogerin Bakının mərkəzində çəkdiyi videoda sutenyorların qızları saatlıq, günlük qiymətə təklif etməsi açıq-aşkar görünür. Acınacaqlı olan budur ki, qadın alveri Bakının mərkəzi küçəsində insanların ailə üzvləri ilə gəzib dincəldiyi bir məkanda məşhur “Torqovıy”da baş verir. Sunetyorlar həm də yaxında olan massaj salonunda bütün xidmətlərin göstəriləcəyini qeyd edirlər. Bu fakta əsaslanıb bildirmək olar ki, mərkəzi küçənin ətrafında olan massaj salonu adı altında fəaliyyət göstərən obyektlərin sahibləri turistləri bu vasitə ilə cəlb edir və videoda da deyildiyi kimi, seks, hamam, massaj və digər lazımi xidmətlər göstərirlər.
Görüntülərdən də bəlli olur ki, sutenyorlar artıq geniş təcrübəyə malik şəxslərdir və onların uzun müddətdir bu fəaliyyətlə məşqul olmaları xüsusi diqqət çəkir. Bakıda turistlərin ələlxüsus da ərəb turistlərin artmasından sonra belə halların vüsət alması barədə informasiyalara rast gəlirdik. Bu video isə deyilənlərin həqiqət olduğunu sübut edir. Məsələ ilə əlaqədar ölçü götürüləcəyinə inanmaq olar. Həm də inanmaq istəyirik ki, bu hadisədən heç kim xəbərdar deyilmiş. Nə yaxşı ki, biz bunu təqdim etdik.
Bakının mərkəzini Avropanın iyrənc küçələrinin halına gətirən bu şəxslərin cürəti də təəssüf doğurur. Arsız, “çörəyi” fahişə xidmətindən çıxan sutenyor və massaj salonlarının sahiblərinin başıpozuq komandasını dağıtmaq zamanı nəinki yetişib hətta gecikib də.
Azərbaycanı qarış-qarış gəzən turistin şəxsi youtube kanalında “Azərbaycanlı tək ana evlənmək üçün hindistanlıya evlilik təklif etdi” “Azərbayvcanlı qızlar hindistanlıları sevir” “Azərbaycanda Bakı gecələri” və sair başlıqlı video çarxları da diqqət çəkir.
Hindistanlı turist-blogerin Bakının mərkəzində sutenyorlarla alış-veriş zamanı çəkdiyi videonui təqdim edirik.
“Torqovıy”da turistlərə satılan QIZLAR-Sutenyor şəbəkəsini ifşa olundu
17
fevral
16:50
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Prezident mühüm fərman İMZALADI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI