Azərbaycan pasportu ilə dünyanın 33 ölkəsinə vizasız, 49 ölkəsinə sərhəddə (hava limanında), 4 ölkəsinə isə elektron viza alaraq səfər etmək mümkündür.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur "Arton Capital” şirkətinin 2025-ci ilin əvvəli üçün açıqladığı "Pasport indeksi”ndə yer alıb.
Açıqlanan məlumatda qeyd olunur ki, Azərbaycan pasportu öz "gücünə” görə dünyada 55-ci sırada yer alıb.
Qeyd edək ki, milli pasportların "gücü” vizasız və sərhəddə viza almaq şərti ilə səfər edilən ölkələrin sayı əsasında ölçülür.
Məsələn, "Pasport indeksi”nə görə hazırda dünyanın ən "güclü” pasportu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu hesab edilir. BƏƏ pasportuna sahib olan şəxslər dünyanın 133 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə viza alaraq səfər edə bilərlər. BƏƏ pasportu olanlar cəmi 19 ölkəyə əvvəlcədən viza alaraq getməlidirlər.
Azərbaycan pasportuna sahib olan şəxslərin vizasız səfər edə biləcəkləri ölkələrin siyahısını təqdim edirik:
Albaniya – 90 gün;
Antiqua və Barbuda – 180 gün;
Baham adaları – 90 gün;
Barbados – 28 gün;
Belarus – 90 gün;
Bosniya və Herseqovina – 90 gün;
Kolumbiya – 90 gün;
Dominika – 21 gün;
Ekvador – 90 gün;
Qambiya – 90 gün;
Gürcüstan – 360 gün;
Qrenada – 90 gün;
Haiti – 90 gün;
İran – 14 gün;
Qazaxıstan – 30 gün;
Qırğızıstan – 30 gün;
Malayziya – 30 gün;
Mikroneziya – 30 gün;
Moldova – 90 gün;
Monteneqro – 90 gün;
Mərakeş – 90 gün;
Namibiya – 90 gün;
Fələstin – 30 gün;
Rusiya – 90 gün;
Serbiya – 90 gün;
Sent – Vinsent və Qrenadinlər – 90 gün;
Surinam – 90 gün (turist kartı);
Tacikistan – 90 gün;
Türkiyə – 90 gün;
Ukrayna – 90 gün;
Birləşmiş Ərəb Əmirlikləri – 90 gün;
Özbəkistan – 90 gün;
Vanuatu – 120 gün.
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələr —TAM SİYAHI
07
fevral
11:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Vanqanın bürclər üzrə KƏHANƏTİ: 2025-də kimlər UĞURLU OLACAQ?
Əsgər yeməyinə göz tikən KORRUPSİONER —Səfər Əbiyevin BİZNES İMPERİYASI
İraqdakı səfirimiz VİZA ALVERİ ilə məşğuldur? - Deputat kürəkəni haqqında İNANILMAZ FAKTLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI