"Mənim "erməni soyqırımı" (qondarma - red.) haqqında son bəyanatım böyük rezonans doğurdu. Bu, məhz bizim müstəqil həyatımızın mümkünsüz olmasını təmin etməyə çalışan qüvvələrə aiddir. Onların əsas məqsədi bizi idarəolunan hala gətirməkdir".
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-dakı erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.
Paşinyanın sözlərinə görə, bu qənaətə baş nazir olduqdan sonra gəlib və əvvəllər belə bir nəticəyə gəlmədiyinə təəssüflənib.
"Mən müxtəlif ölkələrin rəhbərləri ilə eyni söhbəti aparmışam. Onlar mənə deyirlər ki, bu dünyada hər kəsin öz rolu var, sizin rolunuz isə əzab çəkməkdir. Bəs biz niyə narahat oluruq? Biz artıq başa düşmüşük ki, əzab çəkmişik, bir çox hallarda siz də buna töhfə vermisiniz. Amma biz artıq əzab çəkmək, ölmək istəmirik. Biz adi xalq olmaq istəyirik. Biz istəyirik ki, Ermənistanda adi insanlar adi həyat yaşasınlar və özlərini əzabkeş bir xalqın nümayəndəsi kimi hiss etməsinlər.
Düşünürəm ki, bu, çox vacib məsələdir və biz bunu milli səviyyədə müzakirə etməliyik. Mən istəmirəm ki, bu, bizim tarixi missiyamız, dünyadakı rolumuz və mövqeyimiz olsun. Biz əzabkeş olmamaq üçün var gücümüzlə mübarizə aparacağıq" - deyə Paşinyan vurğulayıb.
Paşinyan qondarma “erməni soyqırımı” ilə bağlı yeni bəyanatlar verdi
04
fevral
15:53
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Atlant” sahibinə həbsdəki kürəkənindən ŞOK İTTİHAM - Məni cinayətə bu adam SÜRÜKLƏYİB
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Paşinyan “erməni faktoru”nu məhv edən səbəbi açıqladı: Ermənistanın Qafqaz problemi dərinləşir
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
Qərbin Ermənistan İKİÜZLÜLÜYÜ - Səfirliklər baş verənlərə NİYƏ SUSURLAR?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI