Bu haqda “Dunyo” agentliyi məlumat yayıb.
Görüş zamanı bildirilib ki, bu, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.
“Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq”, - məlumatda deyilir.Qeyd edək ki, bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınmasını təklif etmişdi.
Əlavə edək ki, sözügedən sistem artıq Qırğızıstanla Özbəkistan arasında mövcuddur. 2023-cü il sentyabrın 1-dən iki ölkə vətəndaşları iki dövlətin ərazisinə giriş, çıxış, səyahət və qalmaq üçün şəxsiyyət vəsiqələrindən istifadə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında sənəd 1 aprel 2021-ci ildən qüvvədədir. Həmin tarixdən etibarən hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə bilirlər.