Suriyanın yeni hakimiyyət orqanları Rusiya nümayəndə heyətinin Bəşər Əsəd rejiminin devrilməsindən sonra Dəməşqə ilk səfərindən sonra bəyanat yayıb.
Ölkə.Az xəbər verir ki, bəyanatda Moskvanın Suriyada Əsəd rejiminin devrilməsindən sonra davam edən müsbət dəyişiklikləri dəstəklədiyi qeyd olunub.
Dəməşq Moskva ilə münasibətlərin yenidən qurulmasında maraqlı olduğunu bəyan etsə də, qeyd edib ki, keçmiş səhvləri nəzərə almalıdır.
Bəyanatda eyni zamanda Moskvadan Suriyadakı vətəndaş müharibəsi zamanı Əsədə üsyançılarla mübarizədə kömək edərkən Suriya şəhərlərini bombaladığına görə dəymiş ziyanı ödəməyi tələb edib. Bəyanatda deyilir: “Rusiyanın təzminat, yenidənqurma və reabilitasiya kimi konkret tədbirlər vasitəsilə Suriya xalqına etimadın bərpasında rolu vurğulanıb”.
"Reuters"in məlumatına görə, Suriyanın faktiki lideri Əhməd Şara görüşdə Rusiya nümayəndə heyətindən Əsədin Dəməşqə təhvil verilməsini istəyib. Rusiya tərəfi Şaranın xahişini şərh etməyib.
Moskvaya qarşı təzminat və "Əsədi verin!" TƏLƏBİ
29
yanvar
19:54
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bəşər Əsədin milyardları KİMƏ QALDI? – 5 milyard avro, 16 milyard dollar, 200 ton qızıl və nələr.../VİDEO
2009-cu ildə Əsəd Bakıya NİYƏ GƏLMİŞDİ: Azərbaycanı Suriya meydanında NƏ GÖZLƏYİR - TƏHLİL
Ərdoğan Suriyanın "QAPILAR"ını qapadır: Türkiyə ABŞ və Qərbə "QARIŞMAYIN" mesajı verdi
Bakı Yaxın Şərq siyasətinə NÜFUZ EDİR
Suriya BÖHRANI: İran “ŞİƏ HİLALI”nı, Çin cənub marşrutunu, Rusiya isə imperiya potensialını İTİRDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI