Kanadanın Toronto Pearson hava limanında Uber və Lyft sürücüləri azaldılmış ödəniş sisteminə qarşı etiraz aksiyası təşkil ediblər.
Etirazların səbəbi Uber-in yeni ödəniş modeli olub. Sürücülərin sözlərinə görə, yeni sistem onların gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb.
Ontario əyalətində tətbiq edilən yeni ödəniş modeli sürücülərə marşrut və gəliri sifarişi qəbul etmədən əvvəl göstərir. Uber Kanada-nın sözçüsü Keerthana Rang bu modelin vaxt, məsafə, bazar şərtləri və tələbat kimi amilləri nəzərə aldığını bildirib. Buna baxmayaraq, sürücülər gəlirlərin azaldığını və bu sistemin onları iqtisadi cəhətdən çətin vəziyyətə saldığını iddia edirlər.
Etiraz aksiyasını təşkil edənlərdən biri, aktivist Erla Filips, “X” platformasında paylaşım edərək sürücülərin narazılıqlarını ifadə edib və əlavə aksiyaların təşkil olunacağını qeyd edib. Sürücülər bu yeni sistemin onların gəlirlərinə mənfi təsir etdiyini və ədalətli ödəniş sisteminə qayıdılmasını tələb edirlər.
Kainat.tv Musavat.com-a istinadən bildirir ki, Toronto şəhərinə köçən azərbaycanlılar arasında da çoxsaylı Uber sürücüləri vardır.
Hava limanında TAKSİ ÜSYANI: Uber və Lyft sürücüləri buna görə ETİRAZA QALXIB
31
dekabr
07:03
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tramp Avropa Birliyinə SAVAŞ AÇIR: Ağ Evin yeni sahibi NATO-nu TƏHDİD EDİR
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Bakıda yeni MARŞRUT ŞƏBƏKƏSİ yaradılır: Avtobusların sayı 2500-ə ÇATDIRILACAQ
Hamı Bakıdan QAÇACAQ: Şəhər boşaldılır
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI