Ukraynalı ekspert və “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko Azərbaycan təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri (PVO) tərəfindən vurulduğuna əmin olduğunu bildirib. Ekspert hesab edir ki, Moskva bu hadisədə günahını qəbul etməyəcək.
Kainat.tv xəbər verir ki, Minval.az-a eksklüziv açıqlama verən Kovalenko təyyarənin Rusiyaya məxsus “Pantsir-S1” özüyeriyən zenit-raket-top kompleksi ilə vurulma ehtimalına münasibət bildirib:
“Bu versiya tamamilə həqiqətə uyğundur. Təyyarənin gövdəsində və salonunda baş vermiş zədələr, təyyarə qəzaya uğramazdan əvvəl çəkilmiş görüntülərdə müşahidə olunan dehermetizasiya, gövdənin deşilməsi nəticəsində sərnişinlərin xəsarət alması – bütün bunlar raket zərbəsi ehtimalını gücləndirir. Sərnişinlər qanaxmadan əziyyət çəkib, təyyarə Xəzər dənizi üzərindən Aktauya çatana qədər ağır vəziyyətdə olub. Bütün bu faktlar təyyarənin ya birbaşa zərbəyə məruz qalması, ya da çoxlu sayda qəlpə ilə dolu olan bir vasitənin yaxınlıqda partlaması ehtimalını göstərir. Bu, məhz zenit-raket komplekslərinin xüsusiyyətidir”.
Aleksandr Kovalenko əlavə edib ki, hadisənin Rusiyanın planlarına uyğun olmaması məhz Azərbaycanlı pilotların peşəkarlığı sayəsində olub.
Onun sözlərinə görə, Rusiya bu hadisəni ört-basdır etməyə çalışacaq və məsuliyyəti üzərinə götürməyəcək.
“Rusiya istəyirdi ki,təyyarədə HAMI ÖLSÜN, lakin pilotlar PLANLARI POZDU” - Kovalenko
28
dekabr
18:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Azərbaycan təyyarəsini hədəfə alan RUS SİLAHI: “Pantsir S”in DOSYESİ
Kadırov Azərbaycan təyyarəsini vuranları mükafatlandırdı: ÇEÇEN LİDERİN TƏXRİBATÇI GEDİŞİ
DİN Polis orqanlarına orta rəis heyəti vəzifələrinə xidmətə qəbul müsabiqəsi ELAN EDİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI