Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı açıqlama verərək Rusiyanı hadisəylə bağlı məsuliyyətdən yayınmaqda və sübutları məhv etməkdə ittiham edib.
Kainat.tv xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti bu faciənin ədalətli və obyektiv şəkildə araşdırılmasına çağırıb.
Nazir bildirib:
“AZAL təyyarəsinin qəzaya uğraması dəhşətlidir. Azərbaycan xalqına başsağlığı veririk. Təəccüblü deyil ki, Rusiya mətbuatı dərhal qəzanın səbəbləri barədə yalan məlumatlar yaymağa başladı. Rusiya hətta zədələnmiş təyyarəni dəniz üzərindən uçmağa məcbur etdi. Bu, çox güman ki, cinayət sübutlarını gizlətmək cəhdi idi”.
Andrey Sibiqa qeyd edib ki, təyyarə salonundan və qəzadan sonra yayılan fotolar və videolar Rusiya zenit raket sisteminin yaratdığı zədələri açıq şəkildə göstərir:
“Rusiyanın yalan danışmasına, məsuliyyətdən yayınmasına və ya günahı başqasının üzərinə atmasına imkan verməməliyik”.
Ukrayna XİN hadisənin bütün aspektlərinin ədalətli və qərəzsiz araşdırılmasını tələb edib. Nazirin sözlərinə görə, bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq təhlükəsizlik və ədalət prinsiplərinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan təyyarəsinin vurulması nəticəsində 38 nəfər həyatını itirib. Hadisənin Rusiyanın zenit raket sistemi ilə bağlı olması barədə artan sübutlar Azərbaycan və dünya ictimaiyyətində ciddi narahatlıq doğurur. //Musavat.com
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK AÇIQLAMA verdi: “Rusiyaya imkan verməyin…”
27
dekabr
18:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Kadırov Azərbaycan təyyarəsini vuranları mükafatlandırdı: ÇEÇEN LİDERİN TƏXRİBATÇI GEDİŞİ
“Rusiya düşünürdü ki, təyyarə Xəzərə düşəcək və izlər itəcək” - ŞOK AÇIQLAMA
Rusiya-Azərbaycan münasibətləri üçün KRİTİK BİR SINAQ: Hər şey MOSKVANIN ETİRAFIndan asılıdır - TƏHLİL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI