Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş göyərtə bələdçisi Hökümə Əliyeva təcili eniş zamanı həlak olublar. Ekspertlər vurğulayırlar ki, sərnişinlərin həyatının xilas edilməsində onların rolu danılmazdır.
Kainat.tv xəbər verir ki, bu barədə “Euronews” yazıb.
Qeyd olunur ki, Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 saylı reysinin son dəqiqələrinin təfərrüatı ortaya çıxdıqda, daha çox ekspert təyyarənin ekipajını qəhrəman adlandırırlar. Onların fikrincə, sona qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotların və bələdçilərinin rolu danılmazdır.
“AZAL-ın məlumatına görə, İqor Kşnyakin 15 min saatdan çox uçuş təcrübəsinə malik olub. Mütəxəssislərin fikrincə, o, köməkçi pilot Kalyaninovla birlikdə heyrətamiz pilotluq məharəti nümayiş etdirərək, təyyarəni Xəzər dənizinin üzərindən keçirərək Aktau hava limanının uçuş-eniş zolağından cəmi 3 km aralıda təcili eniş etməyə nail olublar.
Qəza yerinin və təyyarənin qalıqlarının videogörüntülərinə əsaslanaraq, aviasiya mütəxəssisləri belə qənaətə gəliblər ki, “Embraer 190″ın sol üfüqi stabilizatoru böyük ehtimalla, qəlpələrlə deşilib və təyyarə öz hidravlik sistemini, o cümlədən sükanın idarəetməsini itirib. Pilotların yumşaq eniş etmək imkanı olmayıb, onlar qəza rejimində eniş etmək məcburiyyətində qalıblar” – məqalədə deyilir.
Qəzadan DƏQİQƏLƏR ÖNCƏ pilotlar heyrətamiz ADDIM ATIB – “Euronews” DETALLARI YAZDI
27
dekabr
15:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
“Rusiya düşünürdü ki, təyyarə Xəzərə düşəcək və izlər itəcək” - ŞOK AÇIQLAMA
Təyyarənin vurulduğu iddialarını artıran ŞOK GÖRÜNTÜ ÜZƏ ÇIXDI - Bunu da sərnişin çəkib + VİDEO
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Kadırov Azərbaycan təyyarəsini vuranları mükafatlandırdı: ÇEÇEN LİDERİN TƏXRİBATÇI GEDİŞİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI