Şikayətçi yazır:
"Baxın, adi bir sey, bura Cənub Elektrik stansiyasıdir, onun ərazisində BALIQ GÖLÜ yaradılıb, qiyməti milyonları keçib, hansı ki, stansiyanın ərzisində biznes, və nərə, asatirin saxlanılır, Baba Rzayevin xəbəri var. Orda işləyənlər stansiyanın işcilərdir, bəziləri balıq mütəxəssisidir, amma əksəriyyəti çox kasib, işdən çixma qorxusu olanlardır."
Yəni, Cənub Elektrik Stansiyasının rəhbəri Üzeyir Yusifov stansiyanın ərazisi, resursları və işçi qüvvəsindən istifadə edərək dövlət müəssisəsində özünə şəxsi balıq təsərrüfatı yaradıb. Şikayətçiinin iddiasına görə bu təsərrüfatdan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin də xəbəri var. Təsərrüfatın qiyməti milyonlarla ölçülür. Şikayətçi dediklərinin sübutu kimi stansiyada qurulmuş göllərin şəklini də göndərib. Şəkli təqdim edirik:
P.S Davamı var və şikayətçinin dediyinə görə bu və bundan başqada Stansiyanın ərazisində baş verən qanunsuzluqlarla bağlı məlumatları verəcək!