İranlı neft biznesmeni və İslam Respublikasının yüksək vəzifəli məmuru Əli Şamxaninin oğlu Hüseyn Şamxani Xəzər dənizi vasitəsilə Rusiyaya silah daşınmasında əsas rol oynayır.
Kainat.tv xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ, Böyük Britaniya, Aİ rəsmilərinə və əməliyyatlarla bağlı məlumatlı şəxslərə istinadən yazıb.
Məlumata görə, 2023-cü ildən etibarən Şamxani ilə əlaqəli şirkətlərin şəbəkəsi, o cümlədən Dubaydakı "Crios Shipping LLC" öz gəmiləri ilə silah, pilotsuz uçan aparatların hissələri və ikitərəfli istifadə üçün nəzərdə tutulan malların daşınmasına başlayıb.
Məlum olub ki, əvvəllər Aralıq dənizi və Qara dəniz marşrutları ilə hərəkət edən "Crios"a məxsus gəmilər 2023-cü ilin ortalarında Xəzər dənizinə keçib və o vaxtdan etibarən İran və Rusiya arasında daşımalar aparır. Bu gəmilər arasında "Sea Castle" (Tooka kimi tanınır) və "Sea Anchor" (Roja kimi tanınır) kimi gəmilər də yer alır; şübhəli olaraq, başqa gəmilər də mövcuddur. Cari ildə "Sea Castle" və "Sea Anchor" ən azı beş dəfə İran limanlarından Astraxan şəhərinə gedib.
"Bloomberg" mənbələrinin sözlərinə görə, Moskva bu yüklərə qarşılıq olaraq neft ödəyir. Agentliyin danışdığı şəxslər, Şamxani tərəfindən idarə olunan şirkətlər vasitəsilə həyata keçirilən əməliyyatların davam etdiyini bildirirlər. //Musavat.com
İran Xəzər dənizi ilə SİLAH DAŞIYIR - GİZLİ ƏMƏKDAŞLIĞIN DETALLARI
24
dekabr
17:19
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Suriya BÖHRANI: İran “ŞİƏ HİLALI”nı, Çin cənub marşrutunu, Rusiya isə imperiya potensialını İTİRDİ
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Prezident mühüm fərman İMZALADI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI