Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) liderləri görüş keçirəcək.

Kainat.tv xəbər verir ki, bu barədə Avropa Şurasından bildirilib.

“Konkret hadisələr fonunda Aİ liderləri spesifik xarici siyasət məsələlərini, o cümlədən Gürcüstan və Moldovadakı hadisələri müzakirə edə bilərlər”, - məlumatda deyilir.

Aİ liderləri bugünkü görüşdə Ukrayna, Yaxın Şərq, miqrasiya və xarici siyasətlə bağlı digər məsələlərin də müzakirəsini aparacaqlar.

Görüşə Ukrayna prezidenti Volodimir Zelenski də dəvət olunub. //Teleqraf.com