Ermənistanda hərbi quruculuq siyasətinə ciddi məhdudiyyətlər qoyulmalıdır.
Kainat.tv xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Analitik Fransa və Hindistandan hücum silahları alan Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirib:
“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və Fransa, Hindistan kimi dövlət tərəfindən müasir hücum silahları ilə ciddi şəkildə təchiz olunur. Üstəlik, Ermənistanın vaxtilə Xankəndində yaratdığı ləğv edilmiş işğalçı xuntanın strukturları İrəvanda fəaliyyətlərini davam etdirir. Təsadüfi deyil ki, dekabrın 10-da “Artsax parlamenti” BMT və bu beynəlxalq təşkilata üzv dövlətlərə “çağırış” ünvanlayıb.
Sadə dillə desək, Samvel Şahramanyanın keçmiş xuntanın buraxılması haqqında “fərman”ı kağız üzərində saxlanılır, Ermənistan bunu həyata keçirmək niyyətində deyil və işğalçı rejimin strukturlarını işlək vəziyyətdə saxlamağa çalışır.
Belə olan təqdirdə, istisna etmirəm ki, 2025-ci ildə danışıqlar prossesində Azərbaycanın tələbləri siyahısına daha bir bölmə əlavə ediləcək. Ən azı Göyçə gölündən şərti sərhədlərə qədər və Zəngəzurda 40 kilometrlik ərazidə bu dövlətin hücum xarakterli silahları yığışdırılmalıdır, demilitarizasiya həyata keçirilməlidir.
Fransa kimi dövlətlər bizə qarşı düşmən mövqedə duraraq, hərbçilərimizin qarşısında hücum xarakterli ölümcül raketlər yerləşdirir, beləliklə, yeni müharibəyə hazırlaşdıqlarını açıq şəkildə göstərirlər”.
Zaur Məmmədov vurğulayıb ki, məsələlərin həlli yönündə diplomatik çağırışlar nəticə verməsə, alternativ yollara baş vurula bilər:
“Məğlub dövlət 2024-cü ildə 2020-ci illə müqayisədə hərbi büdcəsini 80 faiz artırıbsa, demək, İrəvan yeni müharibəyə hazırlaşır. Hazırda dünya təcrübəsində ölkələrin təhlükəsizliklə bağlı tədbirlərinə nəzər yetirsək, diplomatik çağırışların nəticəsi olmasa, Azərbaycan güc yolu ilə öz dövlət müstəqilliyini qorumaq kimi imkanlara sahibdir. Onlar bunu unutmasınlar”. //Teleqraf.com
Üç ölkənin planı ÜZƏ ÇIXDI - Azərbaycanla müharibəyə HAZIRLAŞIRLAR
17
dekabr
05:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
TƏCİLİ XƏBƏR: Üç ölkənin inanılmaz planı üzə çıxdı - Azərbaycanla müharibəyə hazırlaşırlar
Azərbaycanda hərbi çağırış yaşı AZALDILIR: Yeni dəyişiklik TƏKLİF OLUNUB
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Bu qüvvələr Azərbaycana qarşı “HÜCUM”A KEÇDİ: planlarının arxasında NƏ DAYANIR?
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI