Böyük Britaniya ilə Çin arasında yeni qalmaqal yaşanır. Məsələ budur ki, Pekin Londonda yeni səfirlik inşa etmək istəyərkən, hər dəfə qarşı tərəfdən rədd cavabı alır.
Kainat.tv xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, iki il əvvəl Çinin London Qülləsi ilə üzbəüz nəhəng yeni səfirlik binası tikmək planı yekdilliklə rədd edilmişdi:
“CNN bu qərarı yerli sakinlərin Çinin Britaniyadakı diplomatik fəaliyyətindən qorxması ilə əlaqələndirmişdilər. Londonun həmin bölgəsinin sakinləri hesab etmişdilər ki, Çin səfirliyinin nəhəng olması onların təhlükəsizliyinə təhdid yaradacaq və Londonun şərqində, bu sıx məskunlaşma hissəsində nəqliyyatın hərəkətinə mane olacaq.
Buna baxmayaraq, Pekin səfirliyin genişləndirmək planından əl çəkməyib. Pekin Britaniyanın yeni hökumətinin müsbət rəy verəcəyinə ümidlidir. London qərar verməzdən əvvəl Çinlə münasibətlərin auditini aparacağını bəyan edib. Ancaq Londonun bu dəfə də Pekinə rədd cavabı verəcəyi proqnozlaşdırılır. London Metropoliten Polisi xəbərdarlıq edib ki, həmin yerdə Çin səfirliyinin inşası polis və ictimai təhlükəsizliyə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Britaniyada Çinin tənqidçiləri də yeni səfirlik binasının əleyhinədirlər. Digər yandan, Çin həmin yerdə səfirlik inşa edərsə, binanın qarşısında etirazlar olacağı halda, bu, nəqliyyatın axınına mane olacaq.
Pekin Londonun qərarından məyusdur. Çinin Britaniyadakı səfirliyi yaydığı məlumatda tikinti planını “yüksək keyfiyyətli inkişaf sxemi” kimi xarakterizə edib. Açıqlada bildirilib ki, ev sahibi ölkələrin diplomatik missiya binalarının tikintisini dəstəkləmək və asanlaşdırmaq üçün beynəlxalq vəzifələri var”.
Mərkəzin ekspertləri vurğulayır ki, London səfirliyin yeni binasının inşasını yerli məclis üzvlərinin rədd qərarı ilə əsaslandırsa da, məsələnin mahiyyəti iki ölkə arasındakı münasibətlərlə bağlıdır:
“Britaniya Çinin Rusiya ilə hərbi-siyasi ittifaqı və bölgədə artan hərbi gücündən narahatdır. Bundan başqa, Çinin Britaniya ərazisində xəfiyyələrin artdığına dair məlumatlar da, Londonu narahat edir. Yəqin Britaniya hökuməti hesab edir ki, Çinin Londonda daha böyük səfirlik binası olsa, Britaniya daha böyük problemlərlə üzləşəcək”. //Teleqraf.com
Çinin planı gərginlik YARATDI – Britaniya dərhal RƏDD ELƏDİ
16
dekabr
22:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tramp müharibəyə HAZIRLAŞIR – Hədəfindəki ölkə AÇIQLANDI
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Cənub bölgəsinin pambıq “BARONU” Bahəddin Leysanov KİMDİR? Yaxud bölgənin qeyri-rəsmi "QUBERNATOR”u olan “KÖLGƏ ADAM”
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI