Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) qüvvələri Suriyanın şimalında yerləşən və hazırda YPG (PKK-nın Suriya qolu) nəzarətində olan Rəqqa vilayətini azad etmək üçün əməliyyata hazırlaşır.
Kainat.tv bildirir ki, bu barədə məlumatı hazırda Suriyada olan Haqqin.az reportyorları xəbər verib.
Məlumata görə, əməliyyat Türkiyə ilə koordinasiya çərçivəsində hazırlanır və YPG-nin bölgədəki fəaliyyətlərinin tamamilə dayandırılmasını hədəfləyir. Türkiyə mediası da əməliyyatın yaxın günlərdə başlanmasının mümkün olduğunu yazır.
Kainat.tv bildirir ki, Türkiyə YPG-ni “terror təşkilatı” kimi tanıyır və bu qüvvələrin Fərat çayının şərqindən tamamilə sıxışdırılmasını strateji prioritet hesab edir. Ankara dəfələrlə bu bölgədə təhlükəsiz zona yaratmağı və qaçqınların öz evlərinə qayıtmasını təmin etməyi hədəflədiyini bəyan edib.
Hazırda Rəqqa vilayəti əsasən YPG-nin nəzarətindədir və burada ABŞ-ın da dolayısıyla dəstək verdiyi kürd qüvvələri yerləşir. Əgər əməliyyat başlayərsa, bu, Suriya ərazisində yeni gərginlik ocağına çevrilə bilər.
Türkiyə mediasının məlumatına görə, bölgədə hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi artıq intensivləşib və əməliyyat planları yekunlaşmaq üzrədir.
Mənbə: Haqqin.az, Türkiyə mediası
TƏCİLİ! Türkiyə Rəqqada ƏMƏLİYYATA BAŞLAYIR - PKK tam MƏHV EDİLƏCƏK!
15
dekabr
23:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI