“Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir. Bunun üçün bir neçə səbəb var. Qarabağda məğlubiyyət və Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr bu narahatlığı dərinləşdirir”.
Kainat.tv Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
O bildirib ki, Türkiyənin Yaxın Şərqdə güclənməsi əlavə risk kimi qəbul edilir:
“Xüsusilə Rusiya ilə münasibətlərin soyuması fonunda Qərbin Ankaranın qarşısında dayana bilməməsi, eyni zamanda Moskva və Bakı arasında yaxınlaşma İrəvan üçün vəziyyəti bir qədər də çətinləşdirir.
Azərbaycanda isə əksinə, Türkiyənin güclənməsi müsbət hal kimi qəbul edilir. Üstəlik, rəsmi orqanlar təmkinli davranırlar. Onlar Ankara ilə strateji müttəfiqlik və İsraillə inkişaf etmiş tərəfdaşlıq arasında balans yaradırlar. Azərbaycan dünyanın istənilən yerində strateji müttəfiqini gücləndirməyi özü üçün mənfəət hesab edir.
İlk baxışda Gürcüstan Suriyadan daha çox məsafədə yerləşir. Amma yaxından araşdırdıqda Pankisidən olan insanların Suriyadakı müharibədə fəal iştirakını xatırlaya bilərik. Sadəcə olaraq Tarxan Batiraşvili və ya Müslüm Marqoşvilinin (“Cunud əl-Şam” ekstremist hərəkatının banisi) fəaliyyətinə baxmaq kifayətdir. Zaman-zaman ölkə Suriya təcrübəsi olan radikal cihadçıların (məsələn, Əhməd Çataev) hücumlarına məruz qalıb. Beləliklə, Suriyada baş verən inqilabi dəyişikliklər Qafqazda diqqətlə öyrənilir”, – deyə Markedonov vurğulayıb.
Bakı onu GÜCLƏNDİRDİ: Ermənistanda ZƏNGƏZUR NARAHATLIĞI yaşanır – MARKEDONO
10
dekabr
08:03
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
“Çinə Zəngəzur dəhlizi lazım deyil” İDDİASI - düşmənin XAM XƏYALI, yoxsa...
COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - MÜHÜM MƏQAMLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI