Qazaxıstan və Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) birgə inkişafı və bu dəhlizin birgə yüklənməsi barədə razılığa gəliblər.
Kainat.tv xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında bildirilib. Razılaşma Qazaxıstan və Çinin nəqliyyat nazirləri Marat Karabayev və Lyu Vey arasında Pekində keçirilən görüşdə əldə olunub.
"Görüş M.Karabayevin Pekinə işgüzar səfəri çərçivəsində dekabrın 5-də keçirilib. Tərəflər dəmir yolu və avtomobil daşımaları sahəsində daşımaların həcminin, ölkələr arasında reyslərin sayının, həmçinin TBNM üzrə daşımaların əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər", - məlumatda qeyd olunub.
Nəqliyyat Nazirliyi bildirib ki, hazırda Çindən TBNM üzrə (Çin-Avropa istiqamətində) daşımaların həcmi 27 min iyirmi futluq konteyner ekvivalentini ötüb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.
"Danışıqlar zamanı TQBM marşrutunun birgə inkişafı, həmçinin yüklərin fasiləsiz keçidinin təmin edilməsi üzrə daimi işçi qrupun yaradılması ilə bu dəhlizin birgə yüklənməsi barədə razılıq əldə edilib. Göstərilən razılaşmalar çərçivəsində bu ilin dekabrında Çindən TBNM dəhlizi üzrə litium-ion batareyalarının daşınması üçün sınaq reysinin işə salınmasını planlaşdırılır", - məlumatda qeyd olunub.
Bundan əlavə, nazirlər Qazaxıstan və Çin arasında sərhədyanı çaylar vasitəsilə yeni marşrutların yaradılması və yük daşımalarının inkişafı imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Qazaxıstan və Çin Orta Dəhlizlə litium-ion batareyalarının daşınması üçün sınaq reysini HƏYATA KEÇİRƏCƏK
07
dekabr
21:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakı və Ankara Zəngəzur dəhlizi üçün ANLAŞDI - Ərdoğan AÇIQLADI
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
“Çinə Zəngəzur dəhlizi lazım deyil” İDDİASI - düşmənin XAM XƏYALI, yoxsa...
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI