"GİGİYENA VƏ DÜZGÜN QİDALANMA SAĞLAMLIĞIN ƏSASIDIR".
Kainat.tv xəbər verir ki, reproduktiv sağlamlığın tədrisi proqramı çərçivəsində Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri üçün oğlanlar və qızlar arasında ayrı-ayrılıqda maarifləndirici seminarlar keçirildi.
Biologiya fənn müəllimləri düzgün qidalanma və sanitar-gigiyenik qaydalarla bağlı maarifləndirmə və təbliğat məqsədli seminarlarda qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida məhsullarında təhlükəli amillər və standartlar, istehlakçıların hüquqları, o cümlədən müdafiəsi ilə bağlı təqdimat- çıxışları şagirdlər tərəfindən maraqla qarşılanıb.
Bu kimi proqram və layihələrin əsas məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, ekoloji sağlam qidadan istifadə vərdişlərinin aşılanması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.


