Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin Biologiya fənn müəllimlərinin təşkilatçılığı ilə IX siniflər arasında "Gəncliyin ilk baharı" mövzusunda məşğələlər keçirilmişdir.
Kainat.tv xəbər verir ki, yeniyetmələrdə baş verən bioloji və fizioloji dəyişikliklər, onların psixo - emosional davranışa olan təsirləri haqqında maarifləndirmək məqsədilə keçirilən məşğələlər zamanı şagirdləri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.



